Əhqaf - 46:26 Sizi məskunlaşdırmadığımız yerlərə məskunlaşdırmışdıq onları. Onlara eşitmə və görmə hissləri ilə beyinlər vermişdik. Allahın ayə və möcüzələrini bilə-bilə inkar etdikləri üçün nə eşitmə, nə görmə hissləri və nə də beyinləri onlara heç bir fayda vermədi. İstehza etdikləri şeylər onları hər tərəfdən bürüdü.
Əyləncə mövzusu etdikləri şey (elçilərin təhdidi) onları bürüdü:
Əhqaf/46:22 "Bizi tanrılarımızdan döndərmək üçünmü bizə gəldin? Doğru sözlüsənsə bizə söz verdiyini gətir görək," dedilər.
Əhqaf/46:24 Nəhayət onun yayılaraq vadilərinə yönəlmiş olduğunu gördüklərində, "Bu, bizə yağmur yağdıracaq bir buluddur," dedilər. Xeyr, bu sizin gəlməsi üçün meydan oxuduğunuz ağrılı-acılı əzaba sahib bir fırtınadır.

Əraf/7:77 Dəvəni işgəncə edərək kəsdilər və Rəblərinin əmrinə (qarşı) baş qaldırdılar: "Saleh, gerçəkdən elçilərdən birisənsə, bizi təhdid etdiyin əzabı başımıza gətir," dedilər.
Əraf/7:78 Bundan sonra onları bir sarsıntı yaxaladı və evlərində diz üstə düşüb qaldılar.

Ənkəbut/29:28 Lutu da göndərdik! Xalqına dedi ki: "Sizdən öncə heç kimsənin işləmədiyi ölçüdə bir günahı işləyirsiniz."
Ənkəbut/29:29 "Siz kişilərlə cinsi əlaqə  qurur, yolları kəsir və toplantılarınızda hər pisliyi işləyirsiniz. Xalqının bircə cavabı, "Doğrulardansansa, Allahın əzabını gətir görək," demələri oldu.

Əraf/7:70 Dedilər ki: "Sadəcə Allaha qulluq edək və atalarımızın qulluq/xidmət etdiklərini tərk edək deyəmi bizə gəldin? Doğru sözlüsənsə bizi təhdid etdiyin şeyi gətir, görək."
Əraf/7:71 Dedi ki: "Rəbbinizdən bir əzab və qəzəbə məhkum edilmisiniz. Sizin və atalarınızın uydurduğu və Allahın özlərinə heç bir güc vermədiyi isimlər haqqındamı mənimlə mübahisə edirsiniz? Gözləyin, mən də sizinlə birlikdə gözləyənlərdənəm."
Əraf/7:72 Bizdən bir rəhmət olaraq, onu və onunla birlik (halında) olanları qurtardıq. Ayələrimizi yalanlayaraq iman etməyənlərin də ardını kəsdik.

Hud/11:32 Dedilər ki: "Ey Nuh, sən bizimlə mübahisə etdin və bizimlə mübahisəni uzatdın. Doğru sözlüsənsə haydı bizi təhdid etdiyin şeyi gətir görək."
Hud/11:36 Nuha vəhy edildi: "Bu vaxta qədər iman etmişlərin xaricində artıq xalqından heç kimsə iman etməyəcəkdir. Onların davranışları səni üzməsin."
Hud/11:37 "Nəzarətimiz altında vəhyimizlə gəmini düzəlt. Zalımlar üçün mənə baş vurma; onlar suda boğulacaqlar."
Hud/11:96 Musanı ayələrimizlə (möcüzə və vəhyimizlə) və qəti bir səlahiyyətlə göndərdik
Hud/11:97 Firon və onun əyanlarına... Ancaq onlar Fironun əmrinə tabe oldular. Fironun əmri isə ağıllıca (doğru yol göstərən) deyildi.
Hud/11:98 Dirilmə günündə xalqının önündə gedib onları atəşə soxacaqdır. Girdikləri yer necə də pis bir məkandır!
Hud/11:99 Burada da, axirətdə də onları lənət təqib edəcəkdir. Aldıqları ərməğan necə də pis ərməğandır!
Hud/11:100 Sənə bu nəql etdiklərimiz, o məmləkətlərin xəbərlərindəndir. Onlardan bəzisi hələ də ayaqdadır, bəzisi də biçilmişdir (məhv edilmişdir).
Hud/11:101 Biz onlara zülm etmədik, onlar özləri özlərinə zülm etdilər. Rəbbin əmri gəldiyi zaman, Allahdan başqa yalvardıqları tanrıları onları heç bir şeydən qurtara bilmədi. Əslində, onların yalnızca ziyanlarını artırdı.
Hud/11:102 Bax Rəbbin, zülm etməkdə olan məmləkətləri yaxaladığı zaman bu cür yaxalayar. Onun yaxalaması ağrılı-acılıdır, çətindir.

Ənkəbut/29:30 "Rəbbim, bu fəsadçı topluluğa qarşı mənə zəfər ver," dedi.
Ənkəbut/29:34 "Yoldan çıxdıqları üçün, biz bu şəhərin üzərinə göydən bir fəlakət endirəcəyik."
Ənkəbut/29:36 Mədyənə də qardaşları Şueybi... "Xalqım, Allaha qulluq edin, axirət gününü axtarın və yer üzündə fəsad törədərək qarışıqlıq çıxarmayın," demişdi.
Ənkəbut/29:37 Onu yalanladılar. Bundan sonra onları bir sarsıntı yaxaladı və evlərində diz üstə düşüb qaldılar.
Ənkəbut/29:38 Eyni şəkildə, Ad və Səmudu da... Aqibətləri, sakin olduqları yerlərdən sizə bəllidir. Şeytan işlərini onlara süslü göstərərək onları yoldan azdırdı. Halbuki görüb anlayacaq qabiliyyətə sahib idilər.
Ənkəbut/29:39 Qarun, Firon və Hamanı da... Musa onlara açıq-aşkar dəlillərlə getmişdi; ancaq onlar yer üzündə təkəbbür göstərdilər. Qaçıb qurtula bilmədilər.
Ənkəbut/29:40 Hamısını günahlarıyla yaxaladıq. Onlardan kimisinin üstünə çılğın bir fırtına göndərdik, kimisini də qorxunc bir səs yaxaladı, kimisini yerin dibinə batırdıq, kimisini də boğduq. Onlara zülm edən Allah deyildi; onlar özləri özlərinə zülm edirdilər.