Əhqaf - 46:3
Biz göyləri, yeri və aralarındakıları ancaq bəlli bir məqsədə görə və bəlli bir müddət üçün yaratdıq. İnkar edənlər xəbərdarlığa əhəmiyyət verməməkdədirlər.
Yenidən dirilmədən böyük şübhədə olan, göylərin, yerin və özlərinin boş yerə yaradıldığını və dolayısı ilə dirildilib sorğu-suala çəkilməyəcəklərini iddia edən Məkkə camaatına işarə:
Qaf/50:15
İlk yaradılışdan yorulduqmu ki? Doğrusu onlar yeni bir yaradılışdan şübhə içindədirlər.
Sad/38:27
Göyü, yeri və aralarındakıları boş yerə yaratmadıq. Bu, inkar edənlərin zənnidir. Özlərini atəşə soxduqları üçün inkar edənlərə təəssüflər olsun.
Ənbiya/21:16
Göylər, yer və aralarındakıları oyun-əyləncə üçün yaratmadıq.
Ənbiya/21:17
Bir əyləncə etmək istəsəydik, onu Öz qatımızda edərdik. Bəli, belə bir işi istəsəydik!
Casiyə/45:24
Onlar deyərlər ki, "Biz sadəcə dünya həyatında yaşayırıq. Yaşayırıq, ölürük və bizi zamandan başqası məhv etməz." Onların bu mövzuda bir bilgisi yoxdur. Onlar sadəcə zənn edirlər.
Ənam/6:29
Onlar deyərlər ki, "Biz sadəcə dünya həyatında yaşayırıq. Dirildiləcək deyilik."
Muminun/23:115
"Sizi boş yerə yaratdığımızı və Bizə dönməyəcəyinizimi sandınız?"
Hud/11:7
O, hansınızın daha yaxşı iş görəcəyini sınamaq üçün göyləri və yeri altı gündə yaradandır. Hökmranlığı suyun üzərində idi. Buna rəğmən, kafirlərə, "Siz ölümdən sonra dirildiləcəksiniz," desən, kafirlər, "Bu, ancaq açıq-aydın bir sehrdir." deyəcəklər.
Əhqaf/46:33
Göyləri və yeri yaradan və bunları yaratmaqla yorulmayan Allahın ölüləri dirildə biləcəyini düşünmürlərmi? Bəli, O, hər şeyə Gücü Yetəndir.
Rad/13:5
Təəccüblənəcəksənsə, onların bu sözlərinə təəccüblənməlisən: "Biz torpaq olduqdan sonra yenidənmi yaradılacağıq?" Bax onlar, Rəblərini inkar edənlərdir. Onlar, boyunlarına qandallar vurulmağa layiq olanlardır. Onlar Atəşin əhlidir; həqiqətən orada əbədi qalacaqlar.
Nəhl/16:38
"Allah ölən bir kəsi diriltməz" deyə bütün gücləriylə Allaha and içərlər. Xeyr, Onun verdiyi gerçək bir sözdür o. Ancaq insanların çoxu bunu bilmir.
İsra/17:49
Dedilər ki: "Sümük və xırda parçalanmış hala düşdükdən sonramı yeni bir yaradılışla dirildiləcəyik?!"
Muminun/23:35
"Siz öldükdən, torpaq və sür-sümüyə çevrildikdən sonra, sizin geri çıxacağınızımı söz verir?"
Muminun/23:36
"Sizə söz verilən bu şey ola bilməz, qeyri-mümkündür."
Muminun/23:37
"Biz sadəcə dünya həyatında yaşayırıq. Dirildiləcək deyilik."
Muminun/23:82
Və belə dedilər: "Biz öldüyümüz, torpaq və sümük olduğumuz zamanmı diriləcəyik?"
Nəml/27:67
İnkar edənlər dedilər: "Biz və atalarımız torpaq olduqdan sonramı çıxardılacağıq?"
Nəml/27:68
"Bizə və atalarımıza da daha öncə eyni söz verilmişdi. Bunlar, keçmişdəkilərin nağıllarından başqa bir şey deyildir."
Səba/34:7
İnkar edənlər dedilər: "Siz parça-parça dağıldıqdan sonra yeni bir yaradılışla dirildiləcəyinizi bildirən bir adamı sizə göstərəkmi?"
Səba/34:8
"Allaha yalanmı isnad edir, yoxsa onda dəlilikmi var?" Halbuki axirətə iman etməyənlər, uzaq bir azğınlıq və əzab içindədirlər.
Ya sin/36:78
Və yaradılışını unudaraq bizə örnəkli bir sual yönəltdi: "Çürüdükdən sonra sümükləri kim dirildəcək?"
Ya sin/36:79
De ki, "Kim onları ilk dəfə yaratdısa onları yenə O dirildəcək. O, hər cür yaratmağı Biləndir."
Saffat/37:16
"Biz ölüb, torpaq və sümük olduqdan sonra dirildiləcəyik, eləmi?"
Saffat/37:17
"Hətta bizdən öncəki atalarımız da eləmi?"
Saffat/37:18
De ki, "Bəli, həm də alçaldılaraq."
Duxan/44:35
"Sadəcə bir dəfə ölürük; diriləcək deyilik."
Duxan/44:36
"Doğru sözlülərsinizsə, atalarımızı geri gətirin."
Vaqiə/56:47
Deyirdilər ki, "Biz öldükdən, toz və sümüyə çevrildikdən sonramı dirildiləcəyik?"