Zəriyət - 51:14 Cəzanızı dadın, meydan oxumaqda olduğunuz şey budur!
11, 12 ... 14 ayələri əsasında; İnkarçılar heç bir zaman dirildilib hesaba çəkilməyəcəklərindən əmin, meydan oxuyaraq, dünyanın sonunun gəlməsini istədilər:
Ənam/6:29 Onlar deyərlər ki, "Biz sadəcə dünya həyatında yaşayırıq. Dirildiləcək deyilik."
Ənam/6:30 Rəblərinin hüzurunda saxlanılmış halda onları bir görəsən! Deyəcək: "Bu doğru deyilmi?" Deyəcəklər: "Bəli, Rəbbimizə and olsun doğrudur." Deyəcək: "İnkar etmənizə görə əzabı dadın."

Mulk/67:25 "Doğrusunuzsa, bu söz nə zaman gerçəkləşəcək?" deyərlər.
Mulk/67:26 "Onun bilgisi sadəcə Allahın yanındadır. Mən sadəcə açıq-aşkar bir xəbərdarlıq edənəm."
Mulk/67:27 Onu yaxınlaşarkən gördükləri zaman, inkar edənlərin üzləri eybəcər hala düşər və onlara, "Bax, israrlı şəkildə istədiyiniz şey budur," deyilər.

Ənbiya/21:38 "Doğru sözlüsünüzsə, O verilən söz nə zaman gerçəkləşəcək?" deyə meydan oxuyurlar.
Ənbiya/21:39 İnkar edənlər, üzlərindən və arxalarından atəşi uzaqlaşdıra bilməyəcəkləri və yardım da görə bilməyəcəkləri anı bir bilsəydilər.
Ənbiya/21:39 İnkar edənlər, üzlərindən və arxalarından atəşi uzaqlaşdıra bilməyəcəkləri və yardım da görə bilməyəcəkləri anı bir bilsəydilər.

Ənkəbut/29:53 Əzabı gətirməyin üçün sənə meydan oxuyurlar! Müəyyən etdiyimiz bir zaman olmasaydı, o əzab onlara gələcəkdi. Onlara qəflətən, xəbərləri olmadan gələcəkdir.
Ənkəbut/29:54 Sənə əzabı gətirməyin üçün meydan oxuyurlar. Halbuki cəhənnəm artıq kafirləri əhatə etmişdir.

Şura/42:17 O Allah ki, kitabı gerçək və ədalətlə nazil etmişdir. Nə bilirsən, bəlkə Saat (dünyanın sonu) yaxındır.
Şura/42:18 Ona iman etməyənlər onun haqqında meydan oxuyurlar. Ona iman edənlər isə ondan təşvişə düşərlər və onun gerçək olduğunu bilirlər. Saat mövzusunda şübhəyə düşənlər böyük bir azğınlıq içindədirlər.

Sad/38:15 Bunlar, qarşısıalınmayan tək bir partlamanı gözləyirlər.
Sad/38:16 Və, "Rəbbimiz, Hesab Günündən öncə tez olaraq payımızı ver," deyə meydan oxudular.

Casiyə/45:24 Onlar deyərlər ki, "Biz sadəcə dünya həyatında yaşayırıq. Yaşayırıq, ölürük və bizi zamandan başqası məhv etməz." Onların bu mövzuda bir bilgisi yoxdur. Onlar sadəcə zənn edirlər.

Şuəra/26:135 "Sizin üçün müdhiş bir günün cəzasından qorxuram."
Şuəra/26:136 Dedilər ki, "Öyüd versən də, verməsən də, bizə görə eynidir."
Şuəra/26:137 "Bu, bizdən öncəkilərin izlədiyi həyat tərzidir."

Sad/38:16 Və, "Rəbbimiz, Hesab Günündən öncə tez olaraq payımızı ver," deyə meydan oxudular.