Nəcm - 53:21 Erkəklər sizin və dişilər Onunmu?
19, 20 ...23 ayələri əsasında; Məkkə camaatı, mələkləri Allahın qızları olaraq dəyərləndirərək tanrılar qəbul etdi və şəfaətlərini ümid edərək qulluq/xidmət etdilər:
Nəhl/16:56 Onlara verdiyimiz ruzilərdən şüursuzlara bir pay ayırırlar. Allaha and olsun ki, siz bu uydurduğunuz şeylərdən sorğu-sual olunacaqsınız.
Nəhl/16:57 Uca Allaha qızları ayırırlar; özlərinə də xoşlandıqlarını...

İsra/17:40 Rəbbiniz oğulları sizə seçdi sonra da Özünə mələklərdən qızlarımı götürdü? Çox böyük bir iddiadasınız.

Saffat/37:149 Soruş onlardan, "Qızları sənin Rəbbinə, oğlanları özlərinəmi ayırırlar?"
Saffat/37:150 Yoxsa mələkləri, onların gözü önündə dişi olaraqmı yaratdıq?
Saffat/37:151 Əslində, onlar uydurduqları (yalan) üzündən deyirlər ki,

Zuxruf/43:19 Rəhmanın qulları olan mələkləri dişi hesab etdilər! Onların yaradılışlarına şahidmi oldular? Bu şahidlikləri qeyd ediləcək (yazılacaq) və sorğu-suala çəkiləcəklər.
Zuxruf/43:20 Hətta, "Rəhman istəsəydi, biz onlara qulluq/xidmət etməzdik," dedilər. Onların bu mövzuda bir bilgiləri yoxdur. Onlar sadəcə təxmin edirlər.
Zuxruf/43:21 (Yoxsa) onlara bundan öncə bir kitabmı verdik və ona da əsaslanırlar?
Zuxruf/43:22 Xeyr, "Biz atalarımızı bir yol üzərində gördük və biz onların təlimlərini izləyirik," dedilər.

Nisa/4:117 Ondan ayrı olaraq tanrıçalara (ilahələrə) qulluq / xidmət edərlər. Əslində inadçı şeytandan başqasına qulluq / xidmət etmirlər.

Əraf/7:30 Bir qrupu doğru yola yönəltdi, bir qrup da azğınlığa layiq görüldü. Onlar şeytanları Allahdan başqa dostlar qəbul etdilər. Amma özlərini doğru yolda sanırlar.

Ali İmran/3:80 Və sizə, mələkləri və peyğəmbərləri rəblər qəbul etməyinizi də əmr etməz. Siz müsəlman olduqdan sonra, sizə heç inkar etməyi əmr edərmi?

Səba/34:40 Hamısını topladığı gün mələklərə, "Bunlarmı sizə qulluq/xidmət edirdi?" deyər.
Səba/34:41 Dedilər ki, "Sən Ucasan, Vəlimiz (dostumuz) onlar deyil, Sənsən. Xeyr, onlar cinlərə qulluq/xidmət edirdilər. Çoxları onlara iman edirdi."

Nəcm/53:26 Göylərdəki mələklərin belə şəfaəti bir fayda verməz. Ancaq Allahın istədiyi kimsə üçün izin verməsindən və Onun rizasına uyğun olduqdan sonra...
Nəcm/53:27 Axirətə iman etməyənlər, mələkləri dişi olaraq vəsf etməkdədirlər.