Rahmən - 55:5
Günəş və ay bir hesab ilə (hərəkət etməkdədir).
Mükəmməl nizamlanmış orbitlər:
Bəqərə/2:255
Allah: Ondan başqa tanrı yoxdur, Yaşayandır, Sonsuzdur. Onu nə mürgü, nə də yuxu tutmaz. Göylərdə və yerdə nə varsa Onundur. İzni olmadan kim Onun qatında vasitəçilik edə bilər? Onların keçmişini və gələcəyini bilir. İstədiyi miqdardan başqa Onun biliyindən heç bir şeyi qavraya bilməzlər. Hökmranlığı göyləri və yeri əhatə etmişdir. Onları qorumaq Onu yormaz. O Ucadır, Böyükdür.
Ənbiya/21:33
O yaratdı, gecəni, gündüzü, günəşi və ayı. Hər biri bir orbitdə üzüb getməkdədir.
Ya sin/36:40
Nə günəş aya yetişə bilər, nə də gecə, gündüzü keçə bilər. Hər biri bir orbitdə üzüb getməkdədir.
Zəriyət/51:7
Mükəmməl çəkilmiş orbitlərə sahib göyə and olsun ki,
Fatir/35:41
Allah, göyləri və yeri xaosa girməkdən qorumaqdadır. Xaosa girsələr Ondan başqa kim onu əngəlləyə bilər? O Şəfqətlidir, Bağışlayandır.