Hədid - 57:2 Göylərin və yerin hökmranlığı Ona aiddir. Dirildir, öldürür. O, hər şeyə Gücü Yetəndir.
Göylərin və yerin kontrolu, idarə olunması Allaha aiddir:
Səcdə/32:5 Göydən yerə qədər bütün işləri O kontrol edər. Sonra sizin saydığınızdan min ilə bərabər bir gün içində Ona yüksələrlər.

Səba/34:2 Yerə girən və ondan çıxanı, göydən enən və ona yüksələn hər şeyi Bilir. O, Bağışlayandır, Rəhmlidir.

Yunus/10:61 Hansı durumda olursunuz olun, Qurandan nə oxuyursunuz oxuyun, hansı işi görərsəniz görün, siz onlarla uğraşarkən Biz mütləq sizə şahid oluruq. Göylərdə və yerdə olan bir atom ağırlığı belə Rəbbinin kontrolunun xaricinə çıxa bilməz. Atomdan da kiçik olsun, böyük olsun, hər şey açıq-aşkar bir kitabda qeyd edilmişdir.
Yunus/10:31 De ki: "Sizə göydən və yerdən kim ruzi verir? Eşitmə və görmə duyğularınızı kim kontrol edir? Ölüdən dirini, diridən ölünü kim çıxarır? Bütün işləri kim idarə edir?" "Allah," deyəcəklər. De ki: "Elə isə nə üçün müttəqi davranmırsınız?"

Ənam/6:59 Gizli şeylərin (Qeybin) açarı Onun əlindədir, Ondan başqası onları bilməz. Quruda və dənizdə nə varsa onları bilir. Biliyi xaricində bir yarpaq belə düşməz. Yerin qaranlığında bir toxum, yaş və ya quru heç bir şey yoxdur ki, açıq-aşkar bir kitabda qeyd edilməsin.

Hud/11:56 "Mən, Rəbbim və Rəbbiniz olan Allaha güvəndim. Onun kontrol etmədiyi heç bir canlı (məxluq) yoxdur. Rəbbim ən doğru yolun üzərindədir."

Əraf/7:54 Rəbbiniz Allah, göyləri və yeri altı gündə yaradan və sonra hökmranlığını qurandır. Gecəni, onu durmadan sürətlə təqib edən gündüzə bürüyüb örtər. Günəş, ay və ulduzlar onun hökmünə (əmrinə) boyun əymişdir. Yaratmaq da, yönətmək də Ona aiddir. Aləmlərin Rəbbi olan Allah necə də Uludur!

Rad/13:2 Görə biləcəyiniz bir dirək olmadan göyləri yüksəldən, sonra bütün idarəetmə işinə hakim olan, günəşi və ayı əmri altına alan Allahdır. Hamısı müəyyən bir müddət üçün axıb getməkdədir. Bütün işləri kontrol edər və ayələri detallı olaraq açıqlayar ki, Rəbbinizlə qovuşma barəsində şübhəniz qalmasın.

Nəhl/16:12 Gecəni, gündüzü, günəşi və ayı xidmətinizə sundu. Ulduzlar da Onun əmri altındadır. Ağlını istifadə edən bir camaat üçün əlbəttə bunda işarətlər vardır.

Ənbiya/21:87 ZanNun (yəni ismində 'Nun' hərfi olan Yunus) da... Etiraz edərək görəvini tərk etmişdi. Onu kontrol edə bilməyəcəyimizi sandı. Nəhayət, (balığın qarnındakı) qaranlıqlar içində, "Səndən başqa tanrı yoxdur. Sən Ucasan. Mən yanlış davrandım," deyə yalvardı.

İsra/17:111 Və de ki: "Tərif Allahadır. O övlad götürməmişdir, idarəçilikdə ortağı və zəiflikdən ötrü də bir yardımçısı yoxdur." Onu mümkün qədər Ucalt.

Loğman/31:29 Allahın gecəni gündüzün içinə saldığını, gündüzü də gecənin içinə saldığını, günəşi və ayı kontrolu altında saxladığını, hər birinin müəyyən edilmiş bir müddətə qədər axıb getməkdə olduğunu və Allahın onların etdiklərindən xəbərdar olduğunu görmürsünüz?

Ta ha/20:5 Rəhman, idarə etmə və hökmranlığı əlində saxlayandır.
Ta ha/20:6 Göylərdə, yerdə, hər ikisinin arasında və hətta torpağın altında nə varsa Onundur.

Həcc/22:75 Allah mələklərdən və insanlardan elçilər seçər. Əlbəttə, Allah Eşidəndir, Görəndir.
Həcc/22:76 O onların keçmişini də, gələcəyini də bilir. Və bütün işlər Allah tərəfindən kontrol edilir.

Muminun/23:86 De ki: "Rəbbi kimdir yeddi göyün, Böyük hakimiyyətin Rəbbi?"

Furqan/25:2 Göylərin və yerin hökmranlığı Ona aiddir. Övlad götürməmişdir və hökmranlığında da Özünün ortağı yoxdur. Hər şeyi yaratmış və ən təfərrüatlı ölçülərlə ona nizam vermişdir.

Fatir/35:13 Gecəni gündüzün içinə salar, gündüzü də gecənin içinə salar. Müəyyən edilmiş bir müddətə qədər axıb gedən günəşi və ayı əmri altına almışdır. Rəbbiniz Allah bax belədir; Hökmranlıq Ona aiddir. Ondan başqa çağırdıqlarınız isə nüvə membranını belə idarə edə bilməzlər.

Ya sin/36:83 Hər şeyin hökmranlığını əlində tutan Çox Ucadır və siz də Ona döndəriləcəksiniz.

Sad/38:10 Yoxsa göylərin, yerin və aralarındakıların idarə edilməsi (hökmranlığı) onlaramı aiddir? Burax, öz-özlərini ucaltsınlar.

Zumər/39:75 Mələkləri, yönətim (idarəetmə) mərkəzinin ətrafını əhatə etdiyi halda, Rəblərini tərifləyərək ucaltdıqlarını görərsən. Aralarında gerçəyə görə hökm verilmişdir və "Tərif aləmlərin Rəbbi Allahadır," deyilir.

Ğafir/40:7 İdarəetmə mərkəzinə xidmət edənlər və ətrafındakılar Rəblərini tərifləyərək ucaldırlar və Ona iman edirlər. İman edənlər üçün bağışlanma diləyərlər: "Rəbbimiz, rəhmətin və bilgin hər şeyi içinə almışdır. Tövbə edənlər və sənin yoluna tabe olanları bağışla və onları atəşin əzabından qoru."

Fussilət/41:47 Saatın (dünyanın sonunun) bilgisi Onun qatındadır. Onun bilgisi olmadan nə meyvələr qabıqlarından çıxa bilər, nə də bir dişi hamilə qalar və ya doğar. "Hanı Mənim ortaqlarım, haradadır?" deyə onlara səsləndiyi gün, onlar: "Heç birimizin buna şahidlik etmədiyini Sənə ərz edirik," deyərlər.

Casiyə/45:5 Gecənin və gündüzün bir-birini təqib etməsində, Allahın göydən bir ruzi endirərək onunla ölümündən sonra torpağı diriltməsində və küləkləri idarə etməsində anlayan camaat üçün dərslər vardır.

Hədid/57:2 Göylərin və yerin hökmranlığı Ona aiddir. Dirildir, öldürür. O, hər şeyə Gücü Yetəndir.

İbrahim/14:46 Onlar planlarını qurdular, halbuki planları Allahın kontrolundaydı. Planları dağları yerindən oynadacaq qədər olsa belə...