Maidə - 5:99
Elçinin görəvi ancaq açıq şəkildə bildirməkdir. Allah aşkara çıxardığınızı da, gizlədiklərinizi də bilir.
Elçinin görəvi mesajı çatdırmaqdır:
Maidə/5:92
Allaha tabe olun, elçiyə tabe olun və diqqətli olun. Üz çevirsəniz, bilin ki, elçimizin öhdəsinə düşən görəv, açıq-aydın bildirməkdir.
Bəqərə/2:119
Biz səni, gerçəklə, müjdələyən və xəbərdarlıq edən olaraq göndərdik. Cəhənnəm əhlinə sən cavadeh deyilsən.
Maidə/5:67
Elçi! Rəbbindən sənə nazil ediləni təbliğ et! Əgər bunu etməsən, Onun elçiliyini təbliğ etməmiş olarsan. Allah səni insanlardan qoruyacaq. Allah inkar edənləri doğru yola yönəltməz.
Maidə/5:99
Elçinin görəvi ancaq açıq şəkildə bildirməkdir. Allah aşkara çıxardığınızı da, gizlədiklərinizi də bilir.
Hud/11:57
"Üz çevirsəniz, artıq mən mənimlə göndərilən mesajı sizə bildirdim. Rəbbim yerinizə başqa bir xalq keçirəcək və siz Ona heç bir zərər verə bilməzsiniz. Mənim Rəbbim hər şeyi Hifz edib Kontrol Edəndir."
Rad/13:40
Onlara söz verilənlərin bir qismini sənə göstərsək də, sənin canını alsaq da, sənin öhdənə düşən görəv bildirməkdir. Haqq-hesab isə bizə düşər.
Nəhl/16:35
Ortaq qoşanlar, "Allah istəməsəydi, nə biz, nə də atalarımız Ondan başqa bir şeyə qulluq/xidmət etməz və Onun haram etdiyindən başqasını da haram etməzdik." Onlardan öncəkilər də bu cür davranmışdı. Elçinin açıq şəkildə bildirməkdən başqa bir görəvimi var?
Nəhl/16:44
Sənədlər və kitablarla... Sənə bu mesajı nazil etdik ki, onlara nazil ediləni insanlara açıqlayasan (bildirəsən) və onlar da düşünsünlər.
Nəhl/16:64
Sənə bu kitabı nazil etdik ki, anlaşılmazlığa (ixtilafa) düşdükləri mövzuları onlara bildirəsən. Bu kitab, iman edən bir topluluq üçün bir yol göstəricidir, bir rəhmətdir.
Nəhl/16:82
Üz çevirərlərsə, sənin öhdənə düşən, açıq-aydın bildirməkdir.
Ənbiya/21:108
De ki, "Sizin tanrınızın tək bir tanrı olduğu mənə vəhy edilir. Artıq təslim olacaqsınızmı?"
Ənbiya/21:109
Əgər üz çevirərlərsə, de ki, "Sizə yetərli şəkildə bildirdim. Sizə söz verilən şeyin yaxın və ya uzaq olduğunu bilmərəm.
Nur/24:54
De ki, "Allaha və elçiyə tabe olun. Rədd edərsəniz, o öz görəvinə cavabdehdir, siz də öz görəvinizə cavabdehsiniz. Ona tabe olsanız, doğrunu taparsınız. Elçinin tək görəvi, mesajı açıq şəkildə bildirməkdən ibarətdir.
Ənkəbut/29:18
Yalanlayarsanız, sizdən öncəki camaatlar da yalanlamışdılar. Elçinin görəvi ancaq açıq şəkildə bildirməkdir.
Ya sin/36:14
Onlara iki elçi göndərmişdik, ikisini də yalanladılar. Bunun üzərinə üçüncü biri ilə dəstəkləmişdik. "Biz sizə göndərilən elçilərik," demişdilər.
Ya sin/36:15
Dedilər ki, "Siz də bizim kimi insandan başqa bir şey deyilsiniz. Rəhman isə heç bir şey nazil etməmişdir. Siz yalan söyləyirsiniz."
Ya sin/36:16
Dedilər ki, "Rəbbimiz bilir ki, biz sizə göndərildik."
Ya sin/36:17
"Bizim görəvimiz, açıq şəkildə bildirməkdən ibarətdir.
Şura/42:48
Üz çevirirlərsə, Biz səni onlara bir nəzarətçi olaraq göndərmədik. Sənin öhdənə düşən sadəcə bildirməkdir. Biz insana Öz tərəfimizdən bir rəhmət daddırdığımız zaman onunla sevinir; Amma öz etdiklərinin bir nəticəsi olaraq başlarına bir pislik gəlsə, o zaman insan nankorlaşır.
Əhqaf/46:23
"Onun bilgisi sadəcə Allahın yanındadır. Mən mənimlə göndərilən şeyi sizə bildirirəm; Fəqət, sizi cahillik edən bir topluluq olaraq görürəm."
Nəcm/53:10
Və sonra quluna nə bildiriləcəksə onu vəhy etdi.
Təğabun/64:12
Allaha tabe olun, elçisinə tabe olun. Üz çevirsəniz, elçimizin görəvi açıq-aydın bildirməkdən ibarətdir.
Cinn/72:20
De ki, "Mən sadəcə Rəbbimə çağırıram; və Ona heç kimsəni ortaq qoşmaram."
Cinn/72:21
De ki, "Mən sizə nə zərər, nə də bir fayda vermə gücünə sahib deyiləm."
Cinn/72:22
De ki, "Heç kimsə məni Allaha qarşı müdafiə edə bilməz, Ondan başqa sığınacaq da tapa bilmərəm."
Cinn/72:23
"Ancaq Allahdan bir bildirişi və mesajını çatdırıram." Artıq kim Allaha və elçisinə qarşı gələrsə, içində əbədi qalacağı cəhənnəm atəşinə layiqdir.