Ənam - 6:2 O ki sizi palçıqdan yaratdı, sonra ömür müddəti müyyən etdi. Müəyyən edilmiş müddət Onun qatındadır. Siz isə hələ də şübhə edirsiniz.
Ömür müddəti müəyyən etdi.
Həcc/22:5 Ey insanlar, dirilmə mövzusunda şübhə edirsinizsə, (xatırlayın ki,) sizi torpaqdan, sonra bir damcıdan, sonra asılı olan bir maddədən (embriondan), sonra şəklə salınmış və salınmamış bir döldən yaratdıq. Beləcə sizə bildiririk. Nəyi istəmişiksə müəyyən bir müddətə qədər onu rəhimlərdə tutub saxlayarıq. Sonra sizi bir uşaq olaraq çıxararıq və ardından böyüyüb yetkinlik çağına yetişirsiniz. Kiminizin həyatına son verilər, kiminizin də (ömrü) ən pis yaşa qədər çatdırılar. Beləcə bir bilgiyə sahib olduqdan sonra bir şey bilməz olsun. Torpağı quru və ölü görərsən, ancaq üzərinə su yağdırdığımız zaman titrəyib qabarar və bitirər cürbəcür gözəl bitkilər.

Fatir/35:11 Allah sizi torpaqdan, sonra bir damcıdan (nütfədən) yaratmış və sonra da sizi cütlər halında yaratmışdır. Bir dişinin hamilə qalması və doğması ancaq Onun bilgisi ilədir. Bir canlının uzun ömürlü olması da, ömrünün qısa tutulması da ancaq bir kitabda qeydə (yazıya) görədir. Bu, Allaha asandır.

Ənam/6:60 Odur, Gecə vaxtı sizi öldürən, gündüz vaxtı nə işlədiyinizi bilən, müəyyən həyat müddəti dolsun deyə gündüz vaxtı sizi dirildən... Sonra dönüşünüz Onadır və etdiklərinizi sizə xəbər verəcəkdir.
Ənam/6:61 O Öz qullarına tamamilə hakimdir və üzərinizə qoruyucu mələklər göndərir. Sizdən birinə ölüm gəldiyi zaman elçilərimiz onun canını (o an) vaxt itirmədən alarlar.

Ğafir/40:67 O ki, sizi torpaqdan, sonra bir damcıdan (nütfədən), sonra asılı duran bir embriondan yaratmışdır. Yetkinləşməniz və qocalmanız üçün daha sonra sizi uşaq olaraq çıxardır. Sizdən bəzilərinin canı daha erkən alınır. Daha öncə müəyyən edilmiş yaşa yetişirsiniz ki, qavrayasınız.

Nəhl/16:70 Və sizi Allah yaratdı. Sonra da həyatınıza son qoyar. Sizdən bəziləri həyatın ən pis zamanına qədər yaşadılır ki, bilgidən sonra heç bir şeyi bilməsin. Allah Biləndir, hər şeyə Gücü Yetəndir.

Ya sin/36:68 Kimə çox ömür verəriksə, yaradılışını tərsinə çevirərik. Anlamırsınız?

Ali İmran/3:145 Allahın izni olmadan heç kimsə ölə bilməz. Ölümün müəyyən edilmiş bir vaxtı var. Kim dünya nemətini istəyərsə, ona ondan verərik. Kim də axirət nemətini istəyərsə, ona da ondan verərik. Şükür edənləri mükafatlandıracağıq.

Vaqiə/56:60 Aranızda ölümünüzü öncədən Biz müəyyən etdik. Kimsə Bizi əngəlləyə bilməz.

Fatir/35:45 Allah insanları etdiklərinə görə cəzalandırsaydı, yer üzündə heç bir məxluq buraxmazdı. Fəqət, onları bəlli bir müddətə qədər təxirə salmaqdadır. Nə zaman ki, müddətləri bitər, bax o zaman Allah qullarının (hesabını) görər.

Nəhl/16:61 Allah zülmlərinə görə insanları cəzalandırsaydı, orada bir məxluq buraxmazdı; lakin onları bəlli bir vaxta qədər təxirə salar. Vaxtlarının sonu gəldiyi zaman da nə bir saat önə alınarlar, nə də təxirə salınarlar.

Ənam/6:2 O ki sizi palçıqdan yaratdı, sonra ömür müddəti müyyən etdi. Müəyyən edilmiş müddət Onun qatındadır. Siz isə hələ də şübhə edirsiniz.