Cinn - 72:16 Doğru yola girsəydilər, onlara bol su verərdik.
İnsanlar kimi Cinlər də Allaha qul olmaqla məsuliyyətli topluluqlardır, sorğu-suala çəkiləcəklər:
Zəriyət/51:56 Cinləri və insanları ancaq Mənə qulluq etmələri üçün yaratdım.

Rahmən/55:31 Ey məsuliyyət sahibi olan iki topluluq, sizi əlbəttə sorğu-suala çəkəcəyik.
Rahmən/55:33 Ey insanlar və cinlər topluluğu, göylərin və yerin hüdudlarını aşmağa gücünüz yetirsə, aşıb keçin. Bir səlahiyyətə (gücə, imkana) sahib olmadan keçə bilməzsiniz.

Əhqaf/46:18 Bunun kimilər, gəlib keçmiş cin və insan cəmiyyətləri arasında əzab sözünə layiq olmuş kimsələrdir. Onlar ziyana uğrayanlardır.

Saffat/37:158 Hətta Onunla cinlər arasında bir əqrəbalıq uydurdular. Halbuki cinlər bilirlər, onlar haqq-hesaba çəkiləcəklər.

Ənam/6:130 Ey cin və insan topluluğu, sizə, ayələrimi anlatan və bu günlə qarşılaşmağınız haqqında sizə içinizdən xəbərdarlıq edən elçilər gəlmədimi? "Öz əleyhimizə şahidik," dedilər. Dünya həyatı onları aldatdı və inkarçı olduqlarına dair özləri öz əleyhlərində şahidlik etdilər.

Məryəm/19:68 Rəbbinə and olsun, onları və şeytanları toplayacağıq. Sonra onları cəhənnəmin ətrafına gətirəcəyik. Diz çökmüş halda...
Məryəm/19:69 Sonra hər qrupdan, Rəhmana qarşı azğınlıqda irəli gedənləri seçib-ayıracağıq.
Məryəm/19:70 Orada yanmağa ən çox kimin layiq olduğunu əlbəttə Biz daha yaxşı bilirik.
Məryəm/19:71 İçinizdən oraya gəlməyəcək (olan) yoxdur; bu, Rəbbinin gerçəkləşdirəcəyi qəti bir qərardır.
Məryəm/19:72 Sonra, müttəqiləri qurtaracağıq. Zalımları isə orada diz üstə buraxacağıq.

Əraf/7:179 İnsanlardan və cinlərdən çoxunu cəhənnəmə məhkum etdik. Qəlbləri var, fəqət qavraya bilməzlər; gözləri var, fəqət görməzlər; qulaqları var, fəqət eşitməzlər. Onlar, kənd təsərrüfatı heyvanları kimidir, hətta daha da pis... Və onlar, olub bitəndən xəbərsizdirlər.

Cinn/72:1 De ki, "Mənə vəhy edildiyinə görə, cinlərdən bir qrup dinlədilər və belə dedilər: "Biz diqqət çəkən bir Quran eşitdik."
Cinn/72:2 "O, doğruya yönəldir və biz ona iman etdik; bundan sonra Rəbbimizə heç kimsəni ortaq qoşmayacağıq."
Cinn/72:3 "Rəbbimiz çox ucadır. O, nə bir həyat yoldaşı, nə də bir övlad seçməmişdir."
Cinn/72:4 "Allah haqqında əsassız şeylər söyləyən bizim o beyinsizdir."
Cinn/72:5 "İnsanların və cinlərin Allaha qarşı yalan uydura bilməyəcəklərini sanmışdıq."
Cinn/72:6 "Halbuki bəzi insanlar, bəzi cinlərə sığınırdılar və bu da onların azğınlıqlarını artırırdı."
Cinn/72:7 "Onlar, eyni sizin sandığınız kimi, Allahın heç bir kimsəni göndərməyəcəyini sanırdılar."
Cinn/72:8 "Biz göyə toxunduq və onu güclü nəzarətçilərlə və atəş toplarıyla qorunmuş gördük."
Cinn/72:9 "Biz orada cəsusluq üçün otururduq. Ancaq indi hər kim dinləmək istəyərsə, onu gözləyən bir atəş topuna rast gələr."
Cinn/72:10 "Yerdəkilər üçün bir pislikmi planlanmışdır, yoxsa Rəbləri onlar üçün bir yaxşılıqmı istəmişdir, bilmirik."
Cinn/72:11 "Aramızda müttəqilər də var, bunun aşağısında olanlar da var; biz müxtəlif təriqətlərə (yollara) ayrıldıq."
Cinn/72:12 "Biz, yer üzündə Allahı aciz qoya bilməyəcəyimizi, qaçmaqla da Ondan yaxa qurtara bilməyəcəyimizi anladıq."
Cinn/72:13 "Biz, yol göstərəni (Quranı) eşidən kimi ona iman etdik. Rəbbinə iman edən, heç bir haqsızlığa və sıxıntıya uğramaz."
Cinn/72:14 "Aramızda müsəlmanlar da var, kompromislər (qarşılıqlı güzəşt əsasında razılığa gələnlər) də vardır." Kim təslim olarsa, məhz gerçəyi araşdıranlar onlardır.
Cinn/72:15 Kompromislərə gəlincə, cəhənnəmə odun olmuşdurlar.
Cinn/72:16 Doğru yola girsəydilər, onlara bol su verərdik.