Buruc - 85:14 O Bağışlayandır, Sevəndir.
Allah nə zaman günahları bağışlayar?
Maidə/5:34 Onları yaxalamadan öncə tövbə edənlər başqa. Biləsiniz ki, Allah Bağışlayandır, Rəhmlidir.

Ənam/6:54 Ayələrimizə iman edənlər sənin yanına gəlincə, "Sizə salam olsun! Rəbbiniz mərhəmətli davranmağı prinsip seçib. Bunun üçün, hər kim bilməyərək işlədiyi bir pislikdən sonra tövbə edərək özünü düzəldərsə, bilsin ki, O Bağışlayandır, Rəhmlidir."

Əraf/7:153 Pislik işlədikdən sonra tövbə edib iman edənlər üçün Rəbbin əlbəttə ondan sonra Bağışlayandır, Rəhmlidir.

Nisa/4:48 Allah Özünə ortaq qoşulmasını bağışlamaz; bundan başqasını istədiyinə bağışlayar. Kim Allaha ortaq qoşarsa, çox böyük bir həqarət etmiş olar.

Ali İmran/3:157 Allah yolunda ölər yaxud öldürülsəniz, Allahın bağışlaması və rəhmətinə qovuşmuş olarsınız ki, bu onların bütün topladıqlarından daha yaxşıdır.

Bəqərə/2:271 Yardımlarınızı açıqlasanız, nə gözəl. Ancaq onları gizləyərək möhtaclara versəniz daha yaxşıdır və bu bəzi günahlarınızı örtər. Allah etdiyinizi xəbər alır.

Ali İmran/3:193 Rəbbimiz, biz, “Rəbbinizə iman edin!”– deyə imana çağıran bir dəvətçini eşitdik və iman etdik. Rəbbimiz! Günahlarımızı bağışla, pisliklərimizi ört və yaxşı kimsələr olaraq canımızı al."
Ali İmran/3:194 "Rəbbimiz, elçilərinin vasitəsi ilə bizə söz verdiyin şeyi ver, dirilmə günündə bizi rəzil etmə! Sən sözündən heç dönməzsən.”
Ali İmran/3:195 Rəbləri onlara cavab verdi: "Mən, sizdən heç bir çalışanın etdiyini mükafatsız buraxmaram, istər kişi olsun, istər qadın olsun; hamınız eynisiniz. Köç (hicrət) edənlər, öz yurdlarından çıxarılanlar, yolumda işgəncə və həqarətə məruz qalanlar, vuruşanlar və öldürülənlər... Onların pisliklərini örtəcəyəm və onları içlərində çaylar axan bağçalara yerləşdirəcəyəm. Allahdan bir qarşılıq olaraq... Ən gözəl qarşılıq Allahın yanındadır.”

Nisa/4:64 Biz hər elçini, Allahın izni ilə, sadəcə ona itaət edilsin deyə göndərdik. Onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allahdan günahlarının bağışlanmasını diləsəydilər və elçi də onlar üçün bağışlanma diləsəydi, əlbəttə ki, Allahın əfv edən və Rəhmli olduğunu görəcəkdilər.
Nisa/4:116 Allah Özünə ortaq qoşulmasını bağışlamaz; bundan başqasını istədiyinə bağışlayar. Kim Allaha ortaq qoşarsa, tamamilə azmış olar.
Nisa/4:131 Göylərdə və yerdə nə varsa Allahındır. Sizdən öncə Kitab verilənlərə də, sizə də "Allaha hörmət edib dinləyin," - deyə öyüd verdik. İnkar etsəniz, bilin ki, göylərdə və yerdə nə varsa Allahındır. Şübhəsiz Allah kimsəyə möhtac deyildir, tərifə layiqdir.

Maidə/5:12 Allah, İsrail oğullarından söz almışdı və içlərindən on iki başçı göndərmişdik. Allah demişdi ki: “Namazı qoruyarsanız, zəkatı verərsəniz, elçilərimə iman edip onlara hörmət qoyarsanız və Allaha gözəl bir borc verərsəniz sizinlə bərabərəm. Günahlarınızı örtər, içlərindən çaylar axan bağçalarda ağırlayaram. Artıq sizdən kim bundan sonra inkar edərsə, doğru yoldan azmış olar."
Maidə/5:45 Orada onlara: Cana can, gözə göz, buruna burun, qulağa qulaq, dişə diş və yaralara ödəşməni əmr etdik. Kim bu haqqından imtina edərsə, günahlarını örtər. Allahın nazil etdiyi ilə hökm verməyənlər zalımdır.
Maidə/5:65 Kitab əhli iman edib muttəqi davransa, günahlarını örtərək onları bol nemətli bağçalara yerləşdirərdik.

Ənfal/8:29 Ey iman edənlər! Allahı dinləyərsəniz, sizə doğrunu yalnışdan ayıracaq anlayış verər, pisliklərinizi örtər və sizi bağışlayar. Allah böyük lütf Sahibidir.
Ənfal/8:38 İnkar edənlərə söylə: "Son qoyarlarsa, keçmişdə etdikləri bağışlanacaqdır. Dönərlərsə, daha öncəkilərin sünnəti (qanunu) keçərlidir."

Tovbə/9:80 İstər onlar üçün bağışlanma dilə, istər bağışlanma diləmə. Onlar üçün yetmiş dəfə bağışlanma diləsən belə Allah onları bağışlamayacaqdır. Çünki onlar Allah və elçisini yalanladılar. Allah yoldan yaxşıca çıxmış cəmiyyətləri doğruya yönəltməz.

Hud/11:114 Gündüzün iki ucunda, gecənin yaxın qismində namazı qoru! Yaxşılıqlar pislikləri silib götürər. Bu, öyüd alanlara bir öyüddür.

Nəhl/16:119 Buna rəğmən Rəbbin, avamlıqları üzündən pislik etdikdən sonra ardından tövbə edib düzələnlərə (qarşı), bəli sənin Rəbbin ondan sonra Bağışlayandır, Rəhmlidir.

Ta ha/20:82 Tövbə edən, iman edən və müttəqi yaşayan və sürəkli doğrunu axtaranlar üçün, Bağışlayanam.

Furqan/25:68 Onlar, Allah ilə birlikdə başqa tanrılar çağırmazlar; Allahın qadağan etdiyi canı haqsız yerə öldürməzlər və zina etməzlər. Bunları işləyən, günahların hesabını ödəyər.
Furqan/25:69 Dirilmə günü cəzaları qat-qat artırılar və alçaldılmış olaraq orada əbədi qalarlar.
Furqan/25:70 Ancaq iman edib müttəqi bir həyat sürənlər xaric. Allah onların günahlarını yaxşılıqlara çevirər. Allah Bağışlayandır, Rəhmlidir!

Ənkəbut/29:7 İman edib müttəqi davrananların pisliklərini əlbəttə örtəcəyik və etdiklərinin daha yaxşısı ilə onları mükafatlandıracağıq.

Əhzab/33:70 Ey iman edənlər! Allahı layiqincə dinləyin və doğru söz söyləyin.
Əhzab/33:71 (Ona görə) ki, işlərinizi düzəltsin, günahlarınızı bağışlasın. Kim Allaha və elçisinə tabe olarsa, böyük bir zəfər qazanmışdır.

Zumər/39:33 Gerçəyi gətirən və onu təsdiqləyənə gəlincə, məhz onlar müttəqilərdir.
Zumər/39:34 Onlar üçün Rəbləri qatında istədikləri hər şey vardır. Yaxşı davrananların qarşılığı budur.
Zumər/39:35 Beləcə, Allah onların ən pis işlərini bağışlayar və etdiklərinin qarşılığını da ən gözəl bir şəkildə verər.

Əhqaf/46:15 Biz insana ana-atasına yaxşılıq etməsini öyüd-nəsihət etdik. Anası onu zəhmətlə daşıyar, zəhmətlə doğar. Ana qarnında daşınması ilə süddən kəsilməsi otuz ay çəkər. Nəhayət yetkinlik yaşına çatınca və qırx yaşına yetişincə: "Rəbbim, mənə, anama və atama verdiyin nemətə şükür etməyə və razı olacağın faydalı işlər görməyə məni yönəlt. Mənim soyumu islah et. Mən tövbə edib, Sənə təslim olanlardanam," deməlidir.
Əhqaf/46:16 İşlədiklərinin ən yaxşısını qəbul etdiyimiz və pisliklərini keçdiyimiz bu kimsələr cənnət əhli arasındadırlar. Bu, onlara verilən doğru sözdür.
Əhqaf/46:31 "Ey xalqımız, Allaha (tərəf) çağırana cavab verin. Ona iman edin ki, günahlarınızı bağışlasın. Və sizi ağrılı-acılı əzabdan qorusun."

Muhəmməd/47:2 İman edib müttəqi davrananların və Rəblərindən bir gerçək olaraq Muhəmmədə nazil edilənə iman edənlərin isə günahlarını örtər və vəziyyətlərini düzəldər.
Muhəmməd/47:34 İnkar edib Allahın yolundan azdıqdan sonra inkarçılar olaraq ölənləri Allah bağışlamayacaqdır.

Saff/61:11 Allaha və elçisinə iman edirsiniz, Allahın yolunda canınız və paranızla (pulunuzla) səy göstərirsiniz. Bu sizin üçün ən yaxşısıdır, bir bilsəniz.
Saff/61:12 Günahlarınızı bağışlayar və sizi içindən çaylar axan bağçalara və Ədn bağçalarındakı saraylara daxil edər. Böyük uğur budur.

Təğabun/64:9 Gün gələr, sizi toplanma günü üçün toplayarıq. Bu, aldanma günüdür. Kim Allaha iman edər və müttəqi davranarsa, pisliklərini örtər və onu altından çaylar axan cənnətlərə daxil edər. Orada əbədi qalarlar. Böyük uğur məhz budur.
Təğabun/64:17 Allaha gözəl bir ödünc versəniz, O da onu sizin üçün qat-qat artırar və sizi bağışlayar. Allah qarşılıq verəndir, Şəfqətlidir.

Talaq/65:5 Bu, Allahın sizə nazil etdiyi əmridir. Kim Allahı dinləyərsə, onun pisliklərini örtər və mükafatını böyüdər.

Təhrim/66:8 Ey iman edənlər, Allaha ürəkdən tövbə edin ki, Rəbbiniz pisliklərinizi örtsün və altından çaylar axan cənnətlərə daxil etsin. Allah, o gün peyğəmbəri və bərabərində olanları utandırmaz. Nurları, önlərindən sağ yanlarına doğru yayılar və, "Rəbbimiz, bizim üçün nurumuzu tamamla və bizi bağışla; Sən hər şeyə Gücü Yetənsən," deyərlər.