بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
40:21 Özlərindən öncəkilərin aqibətinin necə olduğunu görmək üçün yer üzündə gəzib-dolaşmırlarmı? Onlardan daha çox gücə sahib idilər, yer üzündə daha çox məhsuldar idilər. Ancaq Allah onları günahları ilə yaxaladı. Allaha qarşı onları qoruya bilən yoxdur.
40:22 Çünki, elçilər onlara açıq-aşkar dəlillərlə getdiklərində inkar edirdilər. Axırda Allah onları yaxaladı. O Güclüdür, Cəzalandırması Şiddətlidir.
40:25 Onlara Bizdən bir gerçəyi götürüncə, "Onunla birlikdə iman edənlərin oğullarını öldürün, qadınlarını isə yaşadın," dedilər. İnkar edənlərin planı hər zaman azğınlıqdır.
40:26 Firon dedi, "Məni buraxın Musanı öldürüm ki, o da Rəbbinə yalvarsın. Sizin dininizi dəyişdirəcəyindən və ya yer üzündə pislik çıxaracağından narahat oluram."
40:27 Musa dedi, "Mən, Hesab Gününə iman etməyən hər azğından Rəbbimə və sizin Rəbbinizə sığındım," dedi.
40:28 Fironun tərəfindən inancını gizləyən iman edən bir adam dedi ki, "Siz, 'Mənim Rəbbim Allahdır,' deyən bir adamımı öldürəcəksiniz? Halbuki sizə Rəbbinizdən açıq-aşkar dəlillər gətirmişdir. Yalançıdırsa, bu onun problemidir; yox əgər doğru sözlüdürsə, onun sizə anlatdıqları gerçəkləşər. Şübhəsiz Allah həddi aşan yalançıları sevməz."
40:29 "Ey xalqım! Hökmranlıq bu gün sizindir və ölkədə siz hakimsiniz. Ancaq Allahın qəzəbi bizə gələrsə, kim ona qarşı bizə yardım edə bilər?" Firon da, "Sizə öz fikrimi tövsiyə edirəm; sizə doğru yolu göstərirəm," dedi.
40:30 İman etmiş adam dedi ki, "Ey xalqım, daha öncəki partiyaların (firqələrin) günü kimi bir aqibətə uğramanızdan qorxuram."
40:31 "Nuh, Ad, Səmud və onlardan sonrakıların vəziyyəti kimi. Əlbəttə Allah qullara haqsızlıq etmək istəməz."
40:33 "O gün arxanızı çevirib qaçacaqsınız; ancaq sizi Allahdan qoruyacaq olan yoxdur. Allahın yoldan çıxartdığına yol göstərən tapılmaz."
40:34 Daha öncə Yusuf da sizə açıq-aşkar dəlillərlə gəlmişdi; fəqət sizə gətirdiyi mesajı sürəkli olaraq şübhə ilə qarşılamışdınız. Nəhayət o ölüncə, "Allah ondan sonra elçi göndərməyəcəkdir (O son elçidir)," demişdiniz. Allah, şübhədə həddi aşanı beləcə azdırır."
40:35 Allahın ayə və möcüzələrinə qarşı, heç bir dəlilə sahib olmadan mübahisə edənlər, həm Allah qatında və həm də iman edənlər qatında böyük bir öfkəyə müxatəbdir. Allah hər təkəbbürlü zorbanın qəlbini bax belə möhürləyər.
40:37 "Göylərin yollarına... Beləcə Musanın tanrısına bir baxım. Onun bir yalançı olduğuna inanıram." Fironun pis rəftarı özünə belə süslənmişdi və beləcə yoldan çıxarıldı. Fironun planı əlbətdə boşa çıxacaqdı."
40:38 İman edən adam dedi ki, "Ey xalqım, mənim ardımca gəlin ki, sizə doğru yolu göstərim."
40:39 "Ey xalqım, bu dünya həyatı müvəqqəti bir yaşayış yeridir. Axirət yurdu isə əbədi bir məskəndir."
40:40 Kim pislik işləyərsə, ona ancaq onun qədər bir cəza verilər. Kişi və ya qadın (olsun), kim inanclı olaraq müttəqi işlər görərsə, onlar cənnətə girərlər və orada hesabsız olaraq nemətlənərlər.