Qasas - 28:36
Musa onların yanına açıq-aşkar ayə və möcüzələrimizlə gedincə, "Bu ancaq uydurma bir sehrdir. Biz belə bir şeyi öncəki atalarımızdan eşitmədik," dedilər.
Firona və əyanlarına göstərilən möcüzələr və təkəbbürlənmələri:
Şuəra/26:38
Müəyyən edilmiş günün randevusu üçün sehrbazlar, bir araya gətirildilər.
Şuəra/26:37
"Sənə bütün usta sehrbazları gətirsinlər."
Şuəra/26:39
Xalqa da, "Siz də toplana bilərsinizmi?" deyildi.
Şuəra/26:40
"Sehrbazlar üstün gələrsə, onlara tabe ola bilərik."
Şuəra/26:41
Sehrbazlar gəldiklərində Firona, "Əgər biz üstün gələrsək, bizə bir ücrət ödənəcəkmi?" dedilər.
Şuəra/26:42
Dedi, "Bəli! Hətta siz mənim toplantı (şura) məclisimə daxil ediləcəksiniz."
Şuəra/26:43
Musa onlara, "Atacağınızı, atın!" dedi.
Şuəra/26:44
İplərini və dəyənəklərini atdılar, "Fironun şərəfi üçün biz üstün gələcəyik," dedilər.
Şuəra/26:45
Sonra Musa dəyənəyini atdı; dərhal onların uydurduqlarını udmağa başladı.
Şuəra/26:46
Sehrbazlar səcdəyə qapandılar.
Şuəra/26:47
Dedilər, "Aləmlərin Rəbbinə iman etdik,"
Şuəra/26:48
"Musanın və Harunun Rəbbinə..."
Şuəra/26:49
(Firon) dedi ki: "Mən sizə izin vermədənmi ona iman etdiniz? O, sizə sehrbazlığı öyrədən ustanız olmalıdır. İndi görəcəksiniz: Əllərinizi, ayaqlarınızı çarpaz kəsəcəyəm və hamınızı asacağam."
Şuəra/26:50
Dedilər, "Vecimizə deyil, biz onsuz da Rəbbimizə dönəcəyik."
Şuəra/26:36
Dedilər ki, "Onu və qardaşını bir yerdə saxla və şəhərlərə yığıcılar göndər ki,"
Ta ha/20:56
Ona bütün işarət və dəlillərimizi göstərməmizə rəğmən yalanlayıb rədd etdi.
Ta ha/20:57
(Firon) dedi ki, "Musa, sən bizi sehrinlə yurdumuzdan çıxarmaq üçünmü gəldin?"
Ta ha/20:58
"Biz də sənə (buna) bənzər bir sehr göstərəcəyik. Hər iki tərəf üçün də uyğun olan yerdə nə sənin, nə də bizim xilaf çıxa bilməyəcəyimiz bir görüş zamanı müəyyənləşdir."
Ta ha/20:65
(Sehrbazlar) dedilər: "Musa, sən atırsan, yoxsa ilk öncə atan biz olaq?"
Ta ha/20:66
(Musa:) "Xeyr, siz atın!" dedi. Bundan sonra, (sehrbazların) sehrlərinə (hipnoz təlqinlərinə və illuziyalarına) görə, qalın ipləri və dəyənəkləri ona (Musaya) sanki hərəkət edirlərmiş kimi göründü.
Ta ha/20:67
Musa içində bir qorxu hiss etdi.
Ta ha/20:68
(Biz:) "Qorxma, sən üstün gələcəksən!" dedik.
Ta ha/20:69
"Sağ əlindəkini at, onların uydurduqları şeyləri udacaqdır. Onların etdiyi bir sehrbaz planından ibarətdir. Sehrbazın ortaya qoyduğu şeylər uğur qazana bilməz."
Ta ha/20:70
Sehrbazlar, "Harunun və Musanın Rəbbinə iman etdik!" deyərək səcdəyə qapandılar.
Ta ha/20:71
(Firon:) "Sizə izin vermədən öncəmi ona iman etdiniz? O, sizə sehr öyrədən ustanız olmalıdır. Əllərinizi və ayaqlarınızı çarpaz kəsib sizi xurma ağaclarına asacağam. Hansımızın cəzası daha çətin və sürəkli imiş öyrənəcəksiniz," dedi.
Ta ha/20:72
Dedilər ki: "Bizə gələn açıq-aşkar dlilləri və bizi Yaradanı buraxıb səni seçmərik. Necə hökm verəcəksənsə, ver. Hökmün bu dünya həyatı ilə məhdudlaşır!"
Əraf/7:104
Musa: "Firon, mən aləmlərin Rəbbindən bir elçiyəm."
Əraf/7:105
"Allah haqqında gerçəkdən başqa bir şey söyləməmək mənim görəvimdir. Rəbbinizdən sizə bir dəlil ilə gəldim; İsrail oğullarını mənimlə birlikdə sərbəst burax."
Əraf/7:106
Dedi: "Bir ayə (möcüzə) ilə gəlmisənsə və gerçəkdən doğru sözlüsənsə gətir onu görək."
Əraf/7:107
Əsasını atdı, iri bir ilan oldu.
Əraf/7:108
Əlini çıxardı, baxanlar üçün ağappaq oldu.
Əraf/7:109
Firon xalqının elitaları dedilər: "Bu, gerçəkdən çox usta bir sehrbaz imiş!"
Əraf/7:110
"Sizi yurdunuzdan çıxarmaq istəyir. Nə təklif irəli sürürsünüz?"
Əraf/7:111
Dedilər ki: "Onu və qardaşını gözlət və şəhərlərə toplayan adamlar yolla."
Əraf/7:112
"Bütün mahir sehrbazları sənə gətirsinlər."
Əraf/7:113
Sehrbazlar Fironun yanına gəldilər və: "Qazanarsaq bizə bir mükafat varmı?" dedilər.
Əraf/7:114
Dedi: "Bəli, siz mənim yaxın çevrəmə də daxil ola bilərsiniz."
Əraf/7:115
Dedilər: "Musa, sən at, yoxsa biz atacağıq."
Əraf/7:116
"Siz atın!" - dedi. Onlar atınca, xalqın gözünü sehrlədilər, onları qorxutdular və beləcə böyük bir sehr ortaya qoydular.
Əraf/7:117
Biz də Musaya "Əsanı at," deyə vəhy etdik. Həqiqətən o, onların uydurduqlarını toplayıb uddu.
Əraf/7:118
Beləcə, gerçək ortaya çıxdı və etdikləri boşa çıxdı.
Əraf/7:119
Bax orada məğlub oldular və alçaldıldılar.
Əraf/7:120
Və sehrbazlar səcdəyə qapandılar.
Əraf/7:121
"Aləmlərin Rəbbinə iman etdik," dedilər,
Muminun/23:45
Sonra Biz, Musanı və qardaşı Harunu ayələrimizlə və açıq-aşkar bir səlahiyyətlə göndərdik.
Muminun/23:46
Firon və öncü dəstəsinə... Ancaq onlar təkəbbür göstərdilər. Onlar həddini bilməz (utanmaz) bir topluluq olmuşdu.
Muminun/23:47
"O ikisinin xalqı bizə köləlik etdiyi halda, indi biz tutub bizim kimi iki insanamı iman edək?" dedilər.
Şuəra/26:29
Dedi ki, "Məndən başqa bir tanrı (Hökmdar) qəbul edərsən, sənə həbs cəzası qoyacağam."
Şuəra/26:30
Dedi ki, "Sizə açıq-aşkar bir şey gətirmiş olsam da, eləmi?"
Şuəra/26:31
Dedi ki, "Doğru sözlüsənsə, gətir görək onu!"
Şuəra/26:32
Dəyənəyini atınca, açıq-aşkar bir ilan oldu.
Şuəra/26:33
Əlini çıxardan kimi, baxanlara ağappaq göründü.
Şuəra/26:34
Ətrafındakı zadəganlara dedi ki, "Bu, gerçəkdən çox usta bir sehrbaz imiş!"
Şuəra/26:35
"Sehri ilə sizi torpağınızdan çıxartmaq istəyir. Nə təklif edirsiniz?"
Nəml/27:13
"Onlara açıq şəkildə görünən möcüzələrimiz gəldiyində, "Bu, açıq-aşkar bir sehrdir!" dedilər.
Nəml/27:14
Zülm və təkəbbürlərinə görə özlərinin haqlı olduğuna inandılar və onları rədd etdilər. Fəsad törədənlərin aqibətinin necə olduğuna diqqət et.
Qasas/28:37
Musa dedi ki, "Rəbbim, Öz tərəfindən bir hidayətlə gələnin kim olduğunu və axırda kimin qazanclı çıxacağını yaxşı bilir. Zalımlar həqiqətən uğur qazana bilməzlər."
Qasas/28:38
Firon: "Ey əyanlar, mən sizin üçün məndən daha yaxşı bir tanrı tanımıram. Haman, Mənim üçün palçığın üzərində atəş qalayaraq kərpic hazırla və Musanın Tanrısına yetişə bilməyim üçün bir qüllə düzəlt. Mən onun yalançı olduğuna inanıram," dedi.
Qasas/28:39
O və ordusu yer üzündə haqsız yerə təkəbbür göstərdi və Bizim hüzurumuza dönməyəcəklərini sandılar.
Ğafir/40:23
Musanı ayələrimiz və açıq-aşkar bir səlahiyyət ilə göndərdik.
Ğafir/40:24
Firona, Hamana və Qaruna... "Bu, sehrbazın və yalançının biridir," dedilər.
Zuxruf/43:46
Örnək olaraq; Musanı ayələrimizlə Firon və onun əyanlarının yanına göndərdik və "Mən aləmlərin Rəbbinin elçisiyəm," demişdi.
Zuxruf/43:47
Möcüzələrimizi onlara götürdüyü zaman, o möcüzələrə gülmüşdülər.
Zəriyət/51:38
Musada da (bir dərs vardır). Onu Firona açıq-aşkar bir dəlil ilə göndərmişdik.
Zəriyət/51:39
Əyanları ilə birlikdə üz çevirdi və "Ya bir sehrbazdır, ya da bir dəlidir," dedi.
Naziat/79:15
Sənə Musanın tarixi yetişdimi?
Naziat/79:16
Rəbbi, mübarək Tuva vadisində ona səslənmişdi:
Naziat/79:17
"Fironun yanına get; o azdı."
Naziat/79:18
Ona de ki, "Təmizlənməyəcəksənmi?"
Naziat/79:19
"Səni Rəbbinə tərəf yetişdirim ki, hörmətli olasan."
Naziat/79:20
Ona böyük möcüzəni göstərdi.
Naziat/79:21
Fəqət o yalanladı və qarşı gəldi.
Naziat/79:22
Sonra, arxa çevirdi, (ziddinə) səy göstərdi.
Naziat/79:23
Toplayıb, elan etdi.
Naziat/79:24
"Mən sizin ən uca Rəbbinizəm," dedi.