Bəqərə - 2:7 Allah qəlblərini və qulaqlarını möhürləyər. Gözlərində pərdə vardır və böyük əzab onlar üçündür.
Allah kimlərin qəlbini möhürləyər?
Munafiqun/63:3 Çünki onlar iman etdikdən sonra inkar etdilər. Buna görə qəlbləri möhürləndi; Onlar anlamazlar.

Nisa/4:88 Sizə nə olur ki, ikiüzlülər haqqında iki qrupa ayrılırsınız? Etdikləri əməllərə görə Allah onları baş aşağı çevirdi. Allahın azdırdığını sizmi doğru yola yetişdirmək istəyirsiniz? Allahın azdırdığı kimsəyə sən heç bir yol tapa bilməzsən.

Casiyə/45:23 Arzusunu tanrı edən kimsəyə diqqət etdinmi? Həqiqətən Allah onu bilərək azdırmış, eşitmə hissini və beynini möhürləmiş və görməsinə pərdə qoymuşdur. Allahdan başqa kim onu doğruya yönəldə bilər? Öyüd almırsınız?

Maidə/5:49 Aralarında Allahın nazil etdiyi ilə hökm verməlisən. Onların kefinə uyma. Allahın sənə nazil etdiklərinin bir qismindən əsla səni çaşdırmasınlar. Üz çevirərlərsə, demək ki, Allah bəzi günahlarına görə onları cəzalandırmaq istəyir. Gerçəkdən insanların çoxu yoldan çıxmışdır.

Ənam/6:35 Üz çevirmələri sənə ağır gəldisə, biləsən ki, yerin içinə bir dəlik açmağa ya da göyə nərdivan dayamağa gücün yetsə, bir möcüzə ortaya qoysan yenə də təsir etməz... Allah istəsəydi onları doğru yola toplayardı. Elə isə cahillərdən olma!
Ənam/6:110 İlk öncə iman etməməyə qərar verdikləri üçün anlayışlarını və gözlərini çevirib, azğınlıqları içində çarəsiz vəziyyətdə buraxarıq.
Ənam/6:111 Onlara mələkləri endirsək, onlarla ölülər danışsa və hər şeyi gətirib önlərinə toplasaq, Allahın istədikləri xaric, yenə iman edəcək deyillər. Fəqət çoxu bu gerçəyi bilməz.

Yunus/10:96 Rəbbinin qərarıyla məhkum edilənlər iman etməzlər.
Yunus/10:97 Onlara hər cürə möcüzə gəlsə belə, ağrılı-acılı əzabı görüncəyə qədər (iman etməzlər).

Nisa/4:155 Sözlərini pozmalarından, Allahın ayə və dəlillərini inkar etmələrindən, peyğəmbərləri haqsız yerə öldürmələrindən və “Sabit fikirliyik!”– demələrindən ötrü, bəli inkarlarından ötrü Allah onların anlayışlarını möhürlədi. Bunun üçün çox az hissəsi iman edir.

Tovbə/9:86 "Allaha iman edin, elçisi ilə birlikdə cihad edin," deyə bir surə nazil edildiyi zaman, onların güclü və var-dövlət sahibi olanları belə səndən izin istədilər və: "Bizi burax oturanlarla bərabər olaq," dedilər.
Tovbə/9:87 Geridə qalanlarla birlikdə olmağa razı oldular. Nəhayət qəlbləri möhürləndi. Bundan ötrü anlaya bilməzlər.
Tovbə/9:93 Yalnız, zəngin olduqları halda səndən izin istəyənlər qınana bilər. Geridə qalanlarla birlikdə olmağı istədilər, Allah da qəlblərini damğaladı. Bunun üçün bilməzlər.

Nəhl/16:106 Qəlbi imanla dolu olduğu halda (inkar etməyə) məcbur edilən istisna olmaqla, imandan sonra inkar etməyə qəlbini açıb Allahı inkar edənlər, Allah tərəfindən bir qəzəbə layiqdirlər və onlar üçün böyük bir əzab vardır.
Nəhl/16:107 Çünki onlar dünya həyatını axirətdən üstün tutdular. İnkar edən topluluğu Allah doğru yola yönəltməz.
Nəhl/16:108 Bax onlar, Allahın qəlblərini, eşitmə və görmələrini möhürlədiyi kimsələrdir. Onlar qafillərdir.

Ğafir/40:35 Allahın ayə və möcüzələrinə qarşı, heç bir dəlilə sahib olmadan mübahisə edənlər, həm Allah qatında və həm də iman edənlər qatında böyük bir öfkəyə müxatəbdir. Allah hər təkəbbürlü zorbanın qəlbini bax belə möhürləyər.

Munafiqun/63:3 Çünki onlar iman etdikdən sonra inkar etdilər. Buna görə qəlbləri möhürləndi; Onlar anlamazlar.

Yunus/10:74 Sonra onun ardından, elçilər göndərdik, xalqlarına açıq-aşkar dəlillər gətirdilər. Keçmişdə yalanladıqlarına iman edəcək deyildilər. Azğınların qəlblərini belə damğalayarıq.

Muhəmməd/47:16 Onlardan bəziləri var ki, səni dinləyərlər. Fəqət sənin yanından çıxınca, özlərinə bilgi verilmiş olanlardan, "Bu, az öncə nə söylədi?" deyə soruşarlar. Bax bunlar, Allahın qəlblərini damğaladığı kimsələrdir və onlar həvəslərinin ardına düşmüşlər.

Bəqərə/2:6 İnkar edənlərə gəlincə, onları xəbərdar etsən də, etməsən də onlar üçün eynidir; iman etməzlər.
Bəqərə/2:7 Allah qəlblərini və qulaqlarını möhürləyər. Gözlərində pərdə vardır və böyük əzab onlar üçündür.