Həşr - 59:17
Hər ikisi də əbədi qalacaqları atəşdə qaldılar. Zalımların cəzası bax belədir.
Zalımların zalımlığı öz nəfslərinədir:
Ənfal/8:50
İnkar edənlərin canlarını mələklər alarkən bir görsəydin! Üzlərinə və arxalarına (hücum edən və qaçan düşmənlərinizə) vururdular: "Dadın yandırıcı əzabı!"
Ənfal/8:51
"Bu, əllərinizin etdiyinə qarşılıqdır. Allah əlbəttə qullara zalım deyildir."
Yunus/10:52
Sonra zülm edənlərə: "Əbədi əzabı dadın" deyilər, "Qazandığınızdan başqa bir qarşılıqmı gözləyirdiniz?"
Həcc/22:9
Allahın yolundan azdırmaq üçün təkəbbürlə cəhd edər. Bu dünya həyatında onun üçün rəzillik vardır. Dirilmə günündə də ona yandırıcı əzabı daddırarıq.
Həcc/22:10
"Bu, əllərinin sənin üçün edib önə sürdüyü işlərdən ötrüdür." Allah qullara zülm edən deyildir.
Maidə/5:80
Əksəriyyətinin inkar edənlərlə dost olduğunu görərsən. Nəfslərinin onlar üçün göndərdiyi şey necə də pisdir! Allah onlara qəzəblənmişdir; əzabda sürəkli qalacaqlar.
Bəqərə/2:51
Musa ilə qırx gecə üçün sözləşmişdik. Ancaq siz onun ardından özünüzə zülm edərək buzova qulluq/xidmət etdiniz.
Bəqərə/2:54
Musa öz qövmünə demişdi: “Ey qövmüm! Siz buzova qulluq/xidmət etməklə nəfsinizə (şəxsiyyətinizə, özünüzə, ruhunuza) zülm etdiniz. Odur ki, Yaradanınıza tövbə edin və nəfsinizi (eqonuzu) öldürün. Bu, Yaradanınızın yanında sizin üçün daha xeyirlidir”. O, sizi əfv edər. Əlbəttə O, tövbələri qəbul edəndir, Rəhmlidir.
Bəqərə/2:57
Sizi buludlarla kölgələndirmiş və sizin üçün mənna və bildirçin endirmişdik: "Sizə verdiyimiz yaxşı ruzilərdən yeyin." Fəqət onlar Bizə deyil, sadəcə özlərinə zülm edirdilər.
Ali İmran/3:117
Bu dünya həyatındakı xərcləmələri, öz-özlərinə zülm edən bir topluluğun əkinini vurub məhv edən dondurucu bir külək kimidir. Allah onlara zülm etmədi; fəqət onlar öz-özlərinə zülm edirdilər.
Ali İmran/3:135
O kəslər ki, bir günah işlədikləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı xatırlayar və günahları üçün bağışlanma diləyərlər, – Onsuzda Allahdan başqa kim günahları bağışlaya bilər ki? – və onlar bilə-bilə günah işləməyə davam etməz.
Nisa/4:64
Biz hər elçini, Allahın izni ilə, sadəcə ona itaət edilsin deyə göndərdik. Onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allahdan günahlarının bağışlanmasını diləsəydilər və elçi də onlar üçün bağışlanma diləsəydi, əlbəttə ki, Allahın əfv edən və Rəhmli olduğunu görəcəkdilər.
Nisa/4:97
Özlərinə zülm edənlərin canlarını alarkən mələklər: “Nə halda idiniz?”– deyərlər. “Biz yer üzündə əzilmiş kimsələr idik," - deyə cavab verərlər. “Allahın yeri geniş deyildimi ki, oralara köç edəydiniz?”– deyərlər. Onların yeri Cəhənnəmdir. O nə pis bir dönüş nöqtəsidir.
Nisa/4:110
Kim bir pislik edər və ya özünə zülm edər, sonra da Allahdan bağışlanma diləyərsə, Allahın Bağışlayan və Rəhmli olduğunu görər.
Ənam/6:82
İman edənlər və imanlarını bir zülmlə bulaşdırmayanlar güvənliyə layiqdirlər və onlar doğruya yönələnlərdir.
Ənam/6:146
Yəhudilərə bütün dırnaqlı heyvanları haram etdik. İnək və qoyunun da yağlarını haram etdik; ancaq bellərində yaxud bağırsaqlarında daşıdıqları, və ya sümüklərinə qarışmış olanlar xaric. Həddi aşmalarına görə onları belə cəzalandırdıq. Biz doğru deyirik.
Əraf/7:19
"Adəm, sən və zövcən Cənnətdə olub istədiyiniz yerdən yeyin. Bu ağacdan yeməyin; yoxsa zalımlardan olarsınız."
Əraf/7:20
Şeytan, özlərindən gizlənmiş olan bədənlərini ortaya çıxarmaq üçün onlara fısıldadı: "Rəbbinizin sizi bu ağacdan uzaqlaşdırmasının səbəbi, ikinizin də bir mələk və ya bir əbədi varlıq olmamanız üçündür," dedi.
Əraf/7:21
Onlara and da içdi: "Mən sizə öyüd verirəm."
Əraf/7:22
Beləcə, onları yalanlarla aldatdı. Ağacı dadınca bədənləri özlərinə görsəndi. Üzərlərini cənnət yarpaqları ilə örtməyə başladılar. Rəbləri onları çağırdı: "O ağacdan ikinizi də çəkindirmədimmi və şeytanın ikinizə də düşmən olduğunu söyləmədimmi?"
Əraf/7:23
Hər ikisi: "Rəbbimiz, özümüzə zülm etdik. Bizi bağışlamasan və bizə acımasan, ziyana uğrayanlardan olarıq," dedilər.
Tovbə/9:36
Göyləri və yeri yaratdığı gün Allahın kitabında ayların sayı, Allaha görə on ikidir. Bunlardan dördü isə müqəddəsdir. Bax qüsursuz din budur; o aylarda (savaşaraq) özünüzə zülm etməyin. Amma bütpərəstlər sizinlə cəm halda savaşarlarsa, siz də onlarla cəm halda savaşın. Biləsiniz ki, Allah müttəqi davrananların yanındadır.
Tovbə/9:70
Nuhun xalqı, Ad, Səmud, İbrahim xalqı, Mədyən sakinləri və alt-üst olmuş ölkələrin (Sodom ve Gomorra) xalqları kimi özlərindən öncəkilərin xəbərləri onlara yetişmədimi? Elçiləri onlara açıq-aşkar dəlillərlə getmişdilər. Allah onlara zülm etmirdi, əksinə onlar öz-özlərinə zülm edirdilər.
Yunus/10:13
Sizdən öncəki neçə-neçə nəsilləri, zülm etdikləri zaman məhv etmişik. Elçiləri onlara açıq-aydın dəlillərlə getmişdilər, ancaq onlar iman etməyi rədd etmişdilər. Günahkar cəmiyyətləri belə cəzalandırırıq.
Yunus/10:44
Allah insanlara əsla zülm etməz; ancaq insanlar özləri özlərinə zülm edərlər.
Hud/11:100
Sənə bu nəql etdiklərimiz, o məmləkətlərin xəbərlərindəndir. Onlardan bəzisi hələ də ayaqdadır, bəzisi də biçilmişdir (məhv edilmişdir).
Hud/11:101
Biz onlara zülm etmədik, onlar özləri özlərinə zülm etdilər. Rəbbin əmri gəldiyi zaman, Allahdan başqa yalvardıqları tanrıları onları heç bir şeydən qurtara bilmədi. Əslində, onların yalnızca ziyanlarını artırdı.
Nəhl/16:113
Onlara özlərindən bir elçi gəldi, onu yalanladılar. Sonunda, zülm etdikləri vaxt onları əzab yaxaladı.
Nəhl/16:118
Yəhudilərə, daha öncə sənə anlatdığımız şeyləri haram etdik. Biz onlara zülm etmədik; fəqət onlar özləri özlərinə zülm edirdilər.
Kəhf/18:32
Onlara iki nəfərin örnəyini ver: Birisinə, ətrafını xurma ağaclarıyla əhatə edib, aralarında başqa əkinlər bitirdiyimiz iki üzüm bağçası vermişdik.
Kəhf/18:33
Aralarına bir çay yerləşdirdiyimiz üçün, hər iki bağ da barını heç əsirgəmədən bolluca vermişdi.
Kəhf/18:34
Artıq bir məhsula sahib idi. Həqiqətən, söhbət etdiyi yoldaşına, "Mən səndən daha zənginəm və daha çox adama sahibəm," dedi.
Kəhf/18:35
Beləcə nəfsinə zülm edərək bağına girdi və: "Bunun məhv olacağını heç sanmıram," dedi.
Kəhf/18:36
"Dünyanın sonunun da gələcəyini sanmıram. Rəbbimə döndərilərəmsə də orada daha yaxşısını əldə edərəm."
Ta ha/20:111
Bütün üzlər O Yaşayan, Əbədi İdarəçiyə tərəf çevrilmişdir. Zülm yüklənənlər ziyana uğrayacaqdır.
Loğman/31:13
Loğman oğluna öyüd verərkən bunu demişdi: "Əziz oğlum, Allaha ortaq qoşma, şübhəsiz şirk (Tanrıya ortaq qoşmaq) böyük bir zülmdür."
Zuxruf/43:74
Günahkarlar, cəhənnəm əzabında əbədi qalacaqlar.
Zuxruf/43:75
Onlardan yüngülləşdirilməz və onlar orada naümiddirlər.
Zuxruf/43:76
Biz onlara zülm etmədik, onlar özləri özlərinə zülm etdilər.
Talaq/65:1
Ey Peyğəmbər, qadınları boşadığınız zaman boşama müddətlərini gözləyin və bu müddəti yaxşıca hesablayın. Rəbbiniz olan Allahı dinləyin. Onları evlərindən çıxartmayın, onlar da çıxmasınlar (pis davranaraq onları buna məcbur etməyin). Ancaq sübut olunmuş bir zina işləmələri bunun xaricindədir. Allahın qanunu budur. Kim Allahın qanununu pozarsa, özünə zülm etmiş olar. Bilməzsən, bəlkə Allah bundan sonra (müsbət) bir iş ortaya çıxarar.