Muddəssir - 74:46
"Haqq-hesab gününü yalanlayardıq."
41, 42 ... 48 ayələri əsasında; Suçluların sonu:
Ya sin/36:59
Ey günahkarlar, siz bu gün ayrılın.
Ya sin/36:60
Ey Adəmin övladları, şeytana qulluq/xidmət etməyəcəyinizə dair sizdən söz almamışdımmı? O sizin açıq-aydın düşməninizdir.
Ya sin/36:61
Mənə qulluq edin. Bu ən doğru yoldur.
Ya sin/36:62
Buna rəğmən o, sizdən bir çox nəsilləri azdırdı. Heç ağlınızı işlətmirdiniz?
Ya sin/36:63
Bax, sizə söz verilən cəhənnəm budur!
Ya sin/36:64
İnkar etməyinizin bir nəticəsi olaraq orada yanın.
Səcdə/32:22
Ona Rəbbinin ayələri xatırladıldıqdan sonra onlardan üz çevirəndən daha zalım kim ola bilər?! Biz günahkarlardan əlbəttə öc (intiqam) alacağıq.
Ta ha/20:74
Kim Rəbbinin hüzuruna suçlu olaraq gələrsə, cəhənnəmə layiq olar; orada nə ölər, nə də yaşayar.
Əraf/7:40
Ayələrimizi inkar edənlərə və onlara qarşı təkəbbür göstərənlərə göyün qapısı açılmaz və dəvə iynə deşiyindən keçmədikcə də Cənnətə girə bilməzlər. Günahkarları belə cəzalandırırıq.
Səcdə/32:12
Günahkarları, Rəbləri hüzurunda başlarını önə əymiş vəziyyətdə ikən bir görsəydin: "Rəbbimiz, gördük və eşitdik. Bizi (geri) döndər ki, müttəqi davranaq. İndi biz qəti olaraq iman etdik."
Səcdə/32:13
İstəsəydik, hər kəsə hidayətini verərdik. Ancaq, cinlərin və insanların bir qismi ilə cəhənnəmi toplu şəkildə dolduracağıma dair sözüm gerçəkləşmişdir.
İbrahim/14:49
O gün günahkarları, zəncirlərə vurulmuş olaraq görərsən.
İbrahim/14:50
Geyimləri qatrandandır və üzlərini atəş bürüyər.
İbrahim/14:51
Beləcə Allah hər kəsə qazandığının qarşılığını verir. Allah tez haqq-hesab çəkəndir.
Kəhf/18:53
Günahkarlar atəşi gördülər və içinə düşəcəklərini anladılar; ondan qaçacaq bir yer də tapa bilmədilər.
Məryəm/19:86
Və günahkarları, susuz olaraq cəhənnəmə sürüklədiyimiz gün,
Ta ha/20:102
Boruya üfürüləcəyi gün, günahkarları o gün göyərmiş (kədərdən üzlərinin bozarmış) olaraq toplayarıq.
Rum/30:12
Saatın gerçəkləşdiyi gün günahkarlar şok olarlar.
Rum/30:13
Qoşduqları ortaqlarından da onlara şəfaət edən heç bir kimsə çıxmaz; ortaqlarını inkar edərlər.
Ənam/6:124
Onlara bir ayə gəldiyində: "Allahın elçilərinə verilənlərin bənzəri bizə verilmədikcə iman etməyəcəyik," deyərlər. Allah mesajını haraya qoyacağını daha yaxşı bilir. Etdikləri hiylələrdən ötrü günahkarlara, Allah qatından bir alçalma və çətin bir əzab toxunacaqdır.
Kəhf/18:49
Kitab ortaya qoyulmuşdur. Günahkarların onun içindəkilərdən qorxuya qapıldığını və "Vay olsun bizə, məgər bu kitab kiçik, böyük heç bir şeyi buraxmayıb hesaba almışdır," dediklərini görərsən. Etdikləri hər şeyi önlərində hazır görmüşdürlər. Rəbbin heç kimsəyə haqsızlıq etməz.
Səba/34:32
Təkəbbürlənənlər, gücsüzləşdirilən izləyicilərinə, "Sizə hidayət gəldikdən sonra bizmi sizi yoldan çıxartdıq? Xeyr, siz özünüz günahkarlar idiniz," deyərlər.
Səba/34:33
Gücsüzləşdirilənlər, təkəbbürlənənlərə, "Əsil siz idiniz. Bizim Allaha qarşı nankorluq göstərməmiz və Ona ortaqlar qoşmamız üçün gecə-gündüz planlar qururdunuz." Əzabı gördükləri zaman içlərində peşmançılıq hiss edərlər. İnkar edənlərin boyunlarına zəncirlər vurmuşuq. Yalnız etdiklərinin qarşılığını almırlarmı?