Buruc - 85:8
İman edənlərdən nifrət edirdilər. Sadəcə, onlar Üstün və Tərifəlayiq olan Allaha iman etdikləri üçün...
Allah nə üçün hər şeydən üstündür?
Nəml/27:60
Göyləri və yeri yaradan, göydən bir su yağdırıb, onunla sizin bir ağacını belə bitirə bilməyəcəyiniz gözəl bağçalar bitirən kimdir? Allah ilə birlikdə başqa bir tanrımı? Doğrusu, onlar azmış bir camaatdır.
Nəml/27:61
Yer üzünü bir məskunlaşma mərkəzi edən, aralarından çaylar çıxaran, üzərinə sağlam dağlar yerləşdirən və hər iki suyun arasına bir əngəl (maneə) qoyan kimdir? Allah ilə birlikdə başqa bir tanrıdır? Doğrusu, onların çoxu bilməz.
Nəml/27:63
Qurunun və dənizin qaranlıqlarında sizə yol göstərən kimdir? Rəhmətindən öncə küləkləri müjdə olaraq göndərən kimdir? Allah ilə birlikdə başqa bir tanrıdır? Allah ortaq qoşduqlarından çox ucadır.
Fatir/35:3
Ey insanlar, Allahın sizə olan nemətlərini xatırlayın. Sizi göydən və yerdən ruziləndirən Allahdan başqa bir yaradıcımı var? Ondan başqa tanrı yoxdur. Necə olur ki, azdırılırsınız?
Əraf/7:191
Bir şey yarada bilməyən, əksinə yaradılmış olan şeylərimi ortaq qoşurlar?
Əraf/7:192
Bütlər, nə onlara yardım edə bilər, nə də özlərinə yardım edə bilərlər.
Əraf/7:193
Onları doğruya çağırsanız sizə uymazlar. Onları çağırsanız da, sussanız da, sizin üçün eynidir.
Əraf/7:194
Allahdan başqa çağırdıqlarınız, sizin kimi qullardır. Haydı, sözünüzdə doğrusunuzsa, onları çağırın, sizə cavab versinlər.
Əraf/7:195
Üzərində yeriyə biləcəkləri ayaqlarımı var? Tutmaları üçün əllərimi var? Görmələri üçün gözlərimi var? Eşitmələri üçün qulaqlarımı var? De ki: "Ortaqlarınızı çağırın və mənim üçün plan qurun. Heç dayanmayın!"
Əraf/7:196
"Bir tək Sahibim (Vəlim), kitabı nazil edən Allahdır. O, dürüst insanları qoruyar."
Əraf/7:197
"Ondan başqa çağırdıqlarınız nə sizə yardım edə bilərlər, nə də özlərinə yardım edə bilərlər."
Əraf/7:198
Onları hidayətə çağırsan, eşitməzlər. Onların sənə baxdığını görərsən; fəqət onlar görməzlər.
Yunus/10:34
De ki, "Ortaqlarınızdan hansı yaratmağı başladıb təkrarlaya bilir?" De ki: "Allah yaratmağı başladır və onu təkrarlayır. Necə də döndərilirsiniz?"
Yunus/10:35
De ki, "Ortaqlarınızdan hansı gerçəyə yetişdirə bilir?" De ki, "Allah gerçəyə yetişdirir. Gerçəyə yetişdirənmi tabe olunmağa daha uyğundur, yoxsa gerçəyə yetişdirilmədikcə gerçəyi tapa bilməyənmi? Necə hökm verirsiniz?"
Qasas/28:71
De ki, "Allah gecəni dirilmə gününə qədər üzərinizdə daimi etsəydi, nə deyə bilərsiniz? Allahdan başqa hansı tanrı sizə bir işıq gətirə bilər? Eşitmirsiniz?
Qasas/28:72
De ki, "Allah gündüzü dirilmə gününə qədər üzərinizdə daimi etsəydi, nə deyə bilərsiniz? Allahdan başqa hansı tanrı dincələcəyiniz gecəni sizə gətirə bilər? Görmürsünüz?"
Rum/30:40
Allah sizi yaratdı, sonra sizə ruzi verdi, sonra sizi öldürür, sonra sizi dirildir. Ortaqlarınızdan hansı bunlardan birini edə bilir? Təriflər Ona aiddir. Onların ortaq qoşduqlarından çox Ucadır.
Ənam/6:46
De: "Bir düşünün, Allah sizin eşitmə və görmə qabiliyyətinizi alıb yaddaşınızı qapasa, Allahdan başqa hansı tanrı onları sizə geri verə bilər?" Ayələri necə açıqladığımıza və buna rəğmən necə də üz çevirdiklərinə diqqət et!
Fatir/35:40
De ki, "Allahdan başqa çağırdığınız ortaqlarınızı düşündünüzmü; onlar yer üzündə nəyi yaratmışlar mənə göstərin?" Yoxsa onların göydə bir ortaqlıqlarımı var? Və ya onlara bir kitab verdik ki, ondakı bir dəliləmi istinad edirlər? Həqiqətən, Zalımlar bir-birlərinə ancaq aldadıcı sözlər verirlər.
Fatir/35:41
Allah, göyləri və yeri xaosa girməkdən qorumaqdadır. Xaosa girsələr Ondan başqa kim onu əngəlləyə bilər? O Şəfqətlidir, Bağışlayandır.
Əraf/7:191
Bir şey yarada bilməyən, əksinə yaradılmış olan şeylərimi ortaq qoşurlar?
İsra/17:42
De ki: "İddia etdikləri kimi onunla yanaşı başqa tanrılar olsaydı, onlar da Hökmranlığın Sahibinə doğru yol axtarardılar."
İsra/17:43
O, onların dediklərindən uzaqdır və çox ucadır.
Həcc/22:62
Bu gerçəkləşəcəkdir. Çünki Allah Gerçəkdir, Ondan başqa yalvardıqları isə gerçək olmayandır və Allah Ucadır, Böyükdür.
Furqan/25:61
Göy üçün bürclər yaradan və ona bir lampa və parlayan bir ay yerləşdirən çox ucadır.
Bəqərə/2:255
Allah: Ondan başqa tanrı yoxdur, Yaşayandır, Sonsuzdur. Onu nə mürgü, nə də yuxu tutmaz. Göylərdə və yerdə nə varsa Onundur. İzni olmadan kim Onun qatında vasitəçilik edə bilər? Onların keçmişini və gələcəyini bilir. İstədiyi miqdardan başqa Onun biliyindən heç bir şeyi qavraya bilməzlər. Hökmranlığı göyləri və yeri əhatə etmişdir. Onları qorumaq Onu yormaz. O Ucadır, Böyükdür.
Ya sin/36:36
Yerin bitirdiklərindən, öz cinslərindən və daha bilmədikləri neçə-neçə şeylərdən cürbəcür cütləri yaradan Çox Ucadır.
Ya sin/36:82
Bir şeyi istədiyi zaman, ona sadəcə "Ol!" deyər və o da dərhal olar.
Ya sin/36:83
Hər şeyin hökmranlığını əlində tutan Çox Ucadır və siz də Ona döndəriləcəksiniz.
Ğafir/40:64
Allah yer üzünü sizin üçün bir məskən, göyü də bir yapı edəndir. Sizə surət verib surətinizi gözəl edən və sizi qidalarla bəsləyəndir. Rəbbiniz olan Allah budur. Aləmin Rəbbi olan Allah nə Ucadır!
Həşr/59:23
O Allahdır ki, Ondan başqa Tanrı yoxdur. Hökmrandır, Müqəddəsdir, Salamdır (Sülh və salamatlıq bəxş edəndir), Güvəniləndir, Qoruyandır, Üstündür, Güclüdür, Uludur. Allah onların ortaq qoşduqlarından çox Ucadır.