Şuəra - 26:12
Dedi ki, "Rəbbim, onların məni yalanlamalarından qorxuram."
Fironun və əyanlarının Musanı yalanlamaları:
Əraf/7:104
Musa: "Firon, mən aləmlərin Rəbbindən bir elçiyəm."
Əraf/7:105
"Allah haqqında gerçəkdən başqa bir şey söyləməmək mənim görəvimdir. Rəbbinizdən sizə bir dəlil ilə gəldim; İsrail oğullarını mənimlə birlikdə sərbəst burax."
Əraf/7:106
Dedi: "Bir ayə (möcüzə) ilə gəlmisənsə və gerçəkdən doğru sözlüsənsə gətir onu görək."
Əraf/7:107
Əsasını atdı, iri bir ilan oldu.
Əraf/7:108
Əlini çıxardı, baxanlar üçün ağappaq oldu.
Əraf/7:109
Firon xalqının elitaları dedilər: "Bu, gerçəkdən çox usta bir sehrbaz imiş!"
Əraf/7:110
"Sizi yurdunuzdan çıxarmaq istəyir. Nə təklif irəli sürürsünüz?"
Yunus/10:75
Sonra onların ardından Musa və Harunu Firona və onun dəstəsinə möcüzələrimizlə göndərdik. Fəqət təkəbbür göstərdilər və günahkar bir topluluq oldular.
Yunus/10:76
Tərəfimizdən onlara gerçək gəlincə, "Bu, açıq-aşkar bir sehrdir," dedilər.
Yunus/10:77
Musa, "Sizə gələn gerçəyi beləmi dəyərləndirirsiniz? Bu bir sehrdirmi? Halbuki sehrbazlar uğur qazana bilməz."
Ta ha/20:62
(Öz) aralarında işlərini müzakirə etdilər və danışıqlarını gizli tutdular.
Ta ha/20:63
Dedilər ki, "Bu iki sehrbazın tək məqsədi, sehrləri ilə sizi yurdunuzdan çıxartmaq və sizin ideal həyat tərzinizi yıxmaqdır."
Muminun/23:45
Sonra Biz, Musanı və qardaşı Harunu ayələrimizlə və açıq-aşkar bir səlahiyyətlə göndərdik.
Muminun/23:46
Firon və öncü dəstəsinə... Ancaq onlar təkəbbür göstərdilər. Onlar həddini bilməz (utanmaz) bir topluluq olmuşdu.
Muminun/23:47
"O ikisinin xalqı bizə köləlik etdiyi halda, indi biz tutub bizim kimi iki insanamı iman edək?" dedilər.
Şuəra/26:29
Dedi ki, "Məndən başqa bir tanrı (Hökmdar) qəbul edərsən, sənə həbs cəzası qoyacağam."
Şuəra/26:30
Dedi ki, "Sizə açıq-aşkar bir şey gətirmiş olsam da, eləmi?"
Şuəra/26:31
Dedi ki, "Doğru sözlüsənsə, gətir görək onu!"
Şuəra/26:32
Dəyənəyini atınca, açıq-aşkar bir ilan oldu.
Şuəra/26:33
Əlini çıxardan kimi, baxanlara ağappaq göründü.
Şuəra/26:34
Ətrafındakı zadəganlara dedi ki, "Bu, gerçəkdən çox usta bir sehrbaz imiş!"
Şuəra/26:35
"Sehri ilə sizi torpağınızdan çıxartmaq istəyir. Nə təklif edirsiniz?"
Şuəra/26:49
(Firon) dedi ki: "Mən sizə izin vermədənmi ona iman etdiniz? O, sizə sehrbazlığı öyrədən ustanız olmalıdır. İndi görəcəksiniz: Əllərinizi, ayaqlarınızı çarpaz kəsəcəyəm və hamınızı asacağam."
Nəml/27:13
"Onlara açıq şəkildə görünən möcüzələrimiz gəldiyində, "Bu, açıq-aşkar bir sehrdir!" dedilər.
Nəml/27:14
Zülm və təkəbbürlərinə görə özlərinin haqlı olduğuna inandılar və onları rədd etdilər. Fəsad törədənlərin aqibətinin necə olduğuna diqqət et.
Qasas/28:36
Musa onların yanına açıq-aşkar ayə və möcüzələrimizlə gedincə, "Bu ancaq uydurma bir sehrdir. Biz belə bir şeyi öncəki atalarımızdan eşitmədik," dedilər.
Qasas/28:37
Musa dedi ki, "Rəbbim, Öz tərəfindən bir hidayətlə gələnin kim olduğunu və axırda kimin qazanclı çıxacağını yaxşı bilir. Zalımlar həqiqətən uğur qazana bilməzlər."
Qasas/28:38
Firon: "Ey əyanlar, mən sizin üçün məndən daha yaxşı bir tanrı tanımıram. Haman, Mənim üçün palçığın üzərində atəş qalayaraq kərpic hazırla və Musanın Tanrısına yetişə bilməyim üçün bir qüllə düzəlt. Mən onun yalançı olduğuna inanıram," dedi.
Qasas/28:39
O və ordusu yer üzündə haqsız yerə təkəbbür göstərdi və Bizim hüzurumuza dönməyəcəklərini sandılar.
Qasas/28:48
Öz tərəfimizdən onlara gerçək yetişdiyində, "Kaş ki, Musaya verilən (möcüzələrin) bir bənzəri bizə də gətirilsəydi!" dedilər. (Eyni başa sahib olanlar) daha öncə də Musaya verilənləri inkar etməmişdilərmi? "Bir-birini dəstəkləyən iki sehrdir (sehr kitabıdır). Biz ikisini də rədd edirik," dedilər.
Ğafir/40:23
Musanı ayələrimiz və açıq-aşkar bir səlahiyyət ilə göndərdik.
Ğafir/40:24
Firona, Hamana və Qaruna... "Bu, sehrbazın və yalançının biridir," dedilər.
Zuxruf/43:46
Örnək olaraq; Musanı ayələrimizlə Firon və onun əyanlarının yanına göndərdik və "Mən aləmlərin Rəbbinin elçisiyəm," demişdi.
Zuxruf/43:47
Möcüzələrimizi onlara götürdüyü zaman, o möcüzələrə gülmüşdülər.
Duxan/44:17
Onlardan öncə Fironun xalqını sınamışdıq; Onlara şərəfli bir elçi getmişdi:
Duxan/44:18
"Ey Allahın qulları, mənə qulaq asın. Mən sizə göndərilmiş etibarlı bir elçiyəm."
Duxan/44:19
"Allaha qarşı təkəbbür göstərməyin. Mən sizə açıq-aşkar bir dəlillə gəlmişəm."
Duxan/44:20
"Sizin məni daşa basmanızdan, mənim Rəbbimə və sizin Rəbbinizə sığınıram."
Duxan/44:21
"Mənə inanmırsınızsa, heç olmasa məni yalnız buraxın."
Duxan/44:22
Və, "Bunlar günahkar bir topluluqdur," deyə Rəbbinə yalvardı.
Zəriyət/51:38
Musada da (bir dərs vardır). Onu Firona açıq-aşkar bir dəlil ilə göndərmişdik.
Zəriyət/51:39
Əyanları ilə birlikdə üz çevirdi və "Ya bir sehrbazdır, ya da bir dəlidir," dedi.
Naziat/79:15
Sənə Musanın tarixi yetişdimi?
Naziat/79:16
Rəbbi, mübarək Tuva vadisində ona səslənmişdi:
Naziat/79:17
"Fironun yanına get; o azdı."
Naziat/79:18
Ona de ki, "Təmizlənməyəcəksənmi?"
Naziat/79:19
"Səni Rəbbinə tərəf yetişdirim ki, hörmətli olasan."
Naziat/79:20
Ona böyük möcüzəni göstərdi.
Naziat/79:21
Fəqət o yalanladı və qarşı gəldi.
Naziat/79:22
Sonra, arxa çevirdi, (ziddinə) səy göstərdi.
Naziat/79:23
Toplayıb, elan etdi.
Naziat/79:24
"Mən sizin ən uca Rəbbinizəm," dedi.