Ənam - 6:24 Özlərinə qarşı necə yalan söylədiklərinə diqqət et. Uydurduqları şeylər onları necə də tərk etdi.
Allahın ortağı yoxdur:
Ali İmran/3:18 Allah, Özündən başqa tanrı olmadığına şəhadət edər; mələklər və ədaləti qoruyan elm sahibləri də... Ondan başqa tanrı yoxdur, Üstündür, Hikmət Sahibidir.

Yunus/10:107 Allah sənə bir zərər toxundurarsa onu, Ondan başqa ortadan qaldıracaq yoxdur. Sənin üçün bir yaxşılıq diləyərsə, Onun lütfünü də geri çevirəcək yoxdur. Qullarından istədiyinə bunu verir. O, Bağışlayandır, Rəhmlidir.

Ənbiya/21:22 O ikisində (göylər və yerdə) Allahdan başqa tanrılar olsaydı, ikisi də fəsada uğrayardı. Mütləq hökmranlığın sahibi Allah onların vəsflərindən çox uzaqdır.

Fatir/35:40 De ki, "Allahdan başqa çağırdığınız ortaqlarınızı düşündünüzmü; onlar yer üzündə nəyi yaratmışlar mənə göstərin?" Yoxsa onların göydə bir ortaqlıqlarımı var? Və ya onlara bir kitab verdik ki, ondakı bir dəliləmi istinad edirlər? Həqiqətən, Zalımlar bir-birlərinə ancaq aldadıcı sözlər verirlər.

Zumər/39:38 Onlardan, "Göyləri və yeri kim yaratdı?" deyə soruşsan, "Allah," deyəcəklər. De ki, "Allahdan başqa qulluq/xidmət etdiklərinizə nə deyirsiniz? Allah mənim üçün bir zərər istəsə, onlar Onun zərərini aradan qaldıra bilərmi? Yaxud O mənim üçün bir rəhmət diləsə onlar Onun rəhmətinin qarşısını ala bilərmi?" De ki, "Allah mənə yetər." Güvənənlər Ona güvənsinlər.

Əraf/7:191 Bir şey yarada bilməyən, əksinə yaradılmış olan şeylərimi ortaq qoşurlar?
Əraf/7:192 Bütlər, nə onlara yardım edə bilər, nə də özlərinə yardım edə bilərlər.
Əraf/7:194 Allahdan başqa çağırdıqlarınız, sizin kimi qullardır. Haydı, sözünüzdə doğrusunuzsa, onları çağırın, sizə cavab versinlər.

Yunus/10:34 De ki, "Ortaqlarınızdan hansı yaratmağı başladıb təkrarlaya bilir?" De ki: "Allah yaratmağı başladır və onu təkrarlayır. Necə də döndərilirsiniz?"
Yunus/10:35 De ki, "Ortaqlarınızdan hansı gerçəyə yetişdirə bilir?" De ki, "Allah gerçəyə yetişdirir. Gerçəyə yetişdirənmi tabe olunmağa daha uyğundur, yoxsa gerçəyə yetişdirilmədikcə gerçəyi tapa bilməyənmi? Necə hökm verirsiniz?"

Həcc/22:62 Bu gerçəkləşəcəkdir. Çünki Allah Gerçəkdir, Ondan başqa yalvardıqları isə gerçək olmayandır və Allah Ucadır, Böyükdür.

Rum/30:40 Allah sizi yaratdı, sonra sizə ruzi verdi, sonra sizi öldürür, sonra sizi dirildir. Ortaqlarınızdan hansı bunlardan birini edə bilir? Təriflər Ona aiddir. Onların ortaq qoşduqlarından çox Ucadır.

Nəml/27:60 Göyləri və yeri yaradan, göydən bir su yağdırıb, onunla sizin bir ağacını belə bitirə bilməyəcəyiniz gözəl bağçalar bitirən kimdir? Allah ilə birlikdə başqa bir tanrımı? Doğrusu, onlar azmış bir camaatdır.
Nəml/27:61 Yer üzünü bir məskunlaşma mərkəzi edən, aralarından çaylar çıxaran, üzərinə sağlam dağlar yerləşdirən və hər iki suyun arasına bir əngəl (maneə) qoyan kimdir? Allah ilə birlikdə başqa bir tanrıdır? Doğrusu, onların çoxu bilməz.
Nəml/27:62 Darda qalmışın çağırışına qarşılıq verən, pisliyi aradan qaldıran və sizi yer üzünün varisləri edən kimdir? Allah ilə birlikdə başqa bir tanrıdır? Nə qədər az öyüd alırsınız?
Nəml/27:63 Qurunun və dənizin qaranlıqlarında sizə yol göstərən kimdir? Rəhmətindən öncə küləkləri müjdə olaraq göndərən kimdir? Allah ilə birlikdə başqa bir tanrıdır? Allah ortaq qoşduqlarından çox ucadır.
Nəml/27:64 Yaradılışı başladan və sonra onu  təkrarlayan kimdir? Sizi göydən və yerdən ruziləndirən kimdir? Allah ilə birlikdə başqa bir tanrıdır? De ki, "Doğru sözlülərsinizsə dəlilinizi gətirin."

Qasas/28:71 De ki, "Allah gecəni dirilmə gününə qədər üzərinizdə daimi etsəydi, nə deyə bilərsiniz? Allahdan başqa hansı tanrı sizə bir işıq gətirə bilər? Eşitmirsiniz?
Qasas/28:72 De ki, "Allah gündüzü dirilmə gününə qədər üzərinizdə daimi etsəydi, nə deyə bilərsiniz? Allahdan başqa hansı tanrı dincələcəyiniz gecəni sizə gətirə bilər? Görmürsünüz?"

Fatir/35:40 De ki, "Allahdan başqa çağırdığınız ortaqlarınızı düşündünüzmü; onlar yer üzündə nəyi yaratmışlar mənə göstərin?" Yoxsa onların göydə bir ortaqlıqlarımı var? Və ya onlara bir kitab verdik ki, ondakı bir dəliləmi istinad edirlər? Həqiqətən, Zalımlar bir-birlərinə ancaq aldadıcı sözlər verirlər.
Fatir/35:41 Allah, göyləri və yeri xaosa girməkdən qorumaqdadır. Xaosa girsələr Ondan başqa kim onu əngəlləyə bilər? O Şəfqətlidir, Bağışlayandır.

Əhqaf/46:4 De ki: "Allahdan başqa yalvardıqlarınıza bir baxın. Onların yerdən nəyi yaratdığını mənə göstərin. Yoxsa göylərdə onların bir ortaqlığımı var? Bundan öncə bir kitab və ya bir elmi sənəd gətirin, doğru sözlüsünüzsə?"

İsra/17:111 Və de ki: "Tərif Allahadır. O övlad götürməmişdir, idarəçilikdə ortağı və zəiflikdən ötrü də bir yardımçısı yoxdur." Onu mümkün qədər Ucalt.

Bəqərə/2:255 Allah: Ondan başqa tanrı yoxdur, Yaşayandır, Sonsuzdur. Onu nə mürgü, nə də yuxu tutmaz. Göylərdə və yerdə nə varsa Onundur. İzni olmadan kim Onun qatında vasitəçilik edə bilər? Onların keçmişini və gələcəyini bilir. İstədiyi miqdardan başqa Onun biliyindən heç bir şeyi qavraya bilməzlər. Hökmranlığı göyləri və yeri əhatə etmişdir. Onları qorumaq Onu yormaz. O Ucadır, Böyükdür.

Ali İmran/3:151 Gücsüz və iqtidarsız şəxsləri Allaha ortaq qoşduqlarına görə, inkar edənlərin qəlblərinə qorxu salacağıq. Yerləri atəşdir. Zalımların dayanacağı yer necə də pisdir!

Nisa/4:117 Ondan ayrı olaraq tanrıçalara (ilahələrə) qulluq / xidmət edərlər. Əslində inadçı şeytandan başqasına qulluq / xidmət etmirlər.
Nisa/4:118 Allah ona lənət etmiş və o da: “Əlbəttə Sənin qullarından bəlli bir pay alacağam," - demişdi,
Nisa/4:119 "Onları azdıracağam, onları xülyalarla məşğul edəcəyəm; heyvanların qulaqlarını yarmalarını (beləcə ətlərini haram etmələrini) əmr edəcəyəm, Allahın yaratdıqlarını dəyişdirmələrini əmr edəcəyəm”. Kim Allah yerinə şeytanı dost və hökmdar seçərsə, açıq-aşkar bir ziyana uğramışdır.

Ənam/6:46 De: "Bir düşünün, Allah sizin eşitmə və görmə qabiliyyətinizi alıb yaddaşınızı qapasa, Allahdan başqa hansı tanrı onları sizə geri verə bilər?" Ayələri necə açıqladığımıza və buna rəğmən necə də üz çevirdiklərinə diqqət et!

Əraf/7:33 De ki : "Rəbbim, ancaq pis işlərin aşkarını və gizlisini, günahları, haqsız yerə hücum etməyi, özlərinə heç bir nüfuz və güc vermədiyi bir şeyi Allaha ortaq qoşmanızı və Allah haqqında bilmədiyiniz şeyləri söyləmənizi haram etmişdir."

Yusuf/12:39 "Ey həbsxana yoldaşlarım, fərqli rəblərmi daha yaxşıdır, yoxsa Tək və hər şeyə Hakim olan Allahmı?"
Yusuf/12:40 "Ondan başqa qulluq/xidmət etdikləriniz, sizin və atalarınızın uydurduğu isimlərdən ibarətdir. Allah haqqında bir dəlil endirməmişdir. Hökm, ancaq Allahındır. Yalnızca Özünə qulluq etmənizi əmr etmişdir. Ən doğru din bax budur. Halbuki insanların çoxu bunu bilmir."

Rad/13:2 Görə biləcəyiniz bir dirək olmadan göyləri yüksəldən, sonra bütün idarəetmə işinə hakim olan, günəşi və ayı əmri altına alan Allahdır. Hamısı müəyyən bir müddət üçün axıb getməkdədir. Bütün işləri kontrol edər və ayələri detallı olaraq açıqlayar ki, Rəbbinizlə qovuşma barəsində şübhəniz qalmasın.

Kəhf/18:50 Mələklərə: "Adəmə səcdə edin!" dediyimiz zaman, hamısı səcdə etdilər; yalnız İblisdən başqa. Rəbbinin əmrinə qarşı gəldiyi üçün cinlərdən oldu. Məni buraxıb onu və soyunumu dostlar seçirsiniz? Halbuki onlar, sizin düşmənlərinizdir.  Zalımlar üçün bu necə də pis bir dəyişmədir!
Kəhf/18:51 Onları nə göylərin və yerin yaradılışına, nə də özlərinin yaradılışına şahid etmədim. Azdıranları heç bir zaman hökmranlığımda görəvləndirmərəm.

Həcc/22:71 Allahla yanaşı elələrinə qulluq/xidmət edirlər ki, onlara heç bir güc verilməmişdir və barələrində bir bilgiyə də sahib deyillər. Bu zalımların heç bir yardımçısı yoxdur.
Həcc/22:73 Ey insanlar! Məhz sizin üçün, diqqətlə dinləyə biləcəyiniz bir örnək: Allahla yanaşı qulluq/xidmət etdikləriniz, toplansalar da bir milçək belə yarada bilməzlər. Hətta milçək onlardan bir şey qapsa, onu ondan geri ala bilməzlər. İstəyən də aciz, istənən də...

Furqan/25:2 Göylərin və yerin hökmranlığı Ona aiddir. Övlad götürməmişdir və hökmranlığında da Özünün ortağı yoxdur. Hər şeyi yaratmış və ən təfərrüatlı ölçülərlə ona nizam vermişdir.
Furqan/25:3 Buna rəğmən Onunla yanaşı, bir şey yarada bilməyən, özləri yaradılan, özlərinə belə fayda və zərər verə bilməyən, öldürə bilməyən, yaşada bilməyən və dirildə bilməyən bir neçə tanrılar qəbul etdilər.

Loğman/31:10 Göyləri, gördüyün bir dirək olmadan yaratmışdır. Və silkələnməməyiniz üçün yer üzünə tarazlıq təminedicilər atıb yerləşdirdi və orada hər növ məxluqu yaydı. Göydən bir su yağdırdıq və orada hər gözəl cütü bitirdik.
Loğman/31:11 Bu Allahın yaratmasıdır. Ondan başqasının nələr yaratdığını mənə göstərin. Zalımlar, gerçəkdən açıq-aşkar bir azğınlıq içindədirlər.

Fatir/35:3 Ey insanlar, Allahın sizə olan nemətlərini xatırlayın. Sizi göydən və yerdən ruziləndirən Allahdan başqa bir yaradıcımı var? Ondan başqa tanrı yoxdur. Necə olur ki, azdırılırsınız?
Fatir/35:13 Gecəni gündüzün içinə salar, gündüzü də gecənin içinə salar. Müəyyən edilmiş bir müddətə qədər axıb gedən günəşi və ayı əmri altına almışdır. Rəbbiniz Allah bax belədir; Hökmranlıq Ona aiddir. Ondan başqa çağırdıqlarınız isə nüvə membranını belə idarə edə bilməzlər.

Mulk/67:21 O, verdiyi qidaları kəssə, sizi qidalandıracaq olan kimdir? Gerçəkdən azğınlıq və nifrət içində inadkarlıq edirlər.