Ta ha - 20:67
Musa içində bir qorxu hiss etdi.
Musanın Firona möcüzələrlə getməsi və sehrbazlarla mücadiləsi:
Əraf/7:104
Musa: "Firon, mən aləmlərin Rəbbindən bir elçiyəm."
Əraf/7:105
"Allah haqqında gerçəkdən başqa bir şey söyləməmək mənim görəvimdir. Rəbbinizdən sizə bir dəlil ilə gəldim; İsrail oğullarını mənimlə birlikdə sərbəst burax."
Əraf/7:106
Dedi: "Bir ayə (möcüzə) ilə gəlmisənsə və gerçəkdən doğru sözlüsənsə gətir onu görək."
Əraf/7:107
Əsasını atdı, iri bir ilan oldu.
Əraf/7:108
Əlini çıxardı, baxanlar üçün ağappaq oldu.
Əraf/7:109
Firon xalqının elitaları dedilər: "Bu, gerçəkdən çox usta bir sehrbaz imiş!"
Əraf/7:110
"Sizi yurdunuzdan çıxarmaq istəyir. Nə təklif irəli sürürsünüz?"
Əraf/7:111
Dedilər ki: "Onu və qardaşını gözlət və şəhərlərə toplayan adamlar yolla."
Əraf/7:112
"Bütün mahir sehrbazları sənə gətirsinlər."
Əraf/7:113
Sehrbazlar Fironun yanına gəldilər və: "Qazanarsaq bizə bir mükafat varmı?" dedilər.
Əraf/7:114
Dedi: "Bəli, siz mənim yaxın çevrəmə də daxil ola bilərsiniz."
Əraf/7:115
Dedilər: "Musa, sən at, yoxsa biz atacağıq."
Əraf/7:116
"Siz atın!" - dedi. Onlar atınca, xalqın gözünü sehrlədilər, onları qorxutdular və beləcə böyük bir sehr ortaya qoydular.
Əraf/7:117
Biz də Musaya "Əsanı at," deyə vəhy etdik. Həqiqətən o, onların uydurduqlarını toplayıb uddu.
Əraf/7:118
Beləcə, gerçək ortaya çıxdı və etdikləri boşa çıxdı.
Əraf/7:119
Bax orada məğlub oldular və alçaldıldılar.
Əraf/7:120
Və sehrbazlar səcdəyə qapandılar.
Əraf/7:121
"Aləmlərin Rəbbinə iman etdik," dedilər,
Əraf/7:122
"Musanın və Harunun Rəbbinə..."
Əraf/7:123
Firon: "Mən sizə izin vermədənmi ona iman etdiniz? Bu, bir plandır. Şəhərdə bu planı qurdunuz ki, xalqını oradan çıxarasınız. Amma yaxında biləcəksiniz!" dedi,
Əraf/7:124
"Əllərinizi və ayaqlarınızı çarpaz kəsəcəyəm və sonra hamınızı asacağam!"
Əraf/7:125
Dedilər ki: "Biz onsuzda Rəbbimizə dönəcəyik."
Əraf/7:126
"Rəbbimizin işarətləri bizə gəldiyində ona iman etdik deyə bizdən öc alırsan. Rəbbimiz, bizə dözüm ver və canımızı müsəlman olaraq al."
Yunus/10:72
"Üz çevirsəniz, halbuki mən sizdən hər hansısa bir ücrət istəməmişdim. Mənim ücrətim ancaq Allahın üzərinədir. Müsəlmanlardan olmaqla əmr edildim."
Yunus/10:73
Onu yalanladılar. Bundan sonra onu və onunla bərabər olanları qurtardıq, gəmidə. Onları (yer üzünün) yönəticiləri etdik. Ayələrimizi yalanlayanları isə boğduq. Xəbərdarlıq edilənlərin aqibətinə diqqət et.
Yunus/10:74
Sonra onun ardından, elçilər göndərdik, xalqlarına açıq-aşkar dəlillər gətirdilər. Keçmişdə yalanladıqlarına iman edəcək deyildilər. Azğınların qəlblərini belə damğalayarıq.
Yunus/10:75
Sonra onların ardından Musa və Harunu Firona və onun dəstəsinə möcüzələrimizlə göndərdik. Fəqət təkəbbür göstərdilər və günahkar bir topluluq oldular.
Yunus/10:75
Sonra onların ardından Musa və Harunu Firona və onun dəstəsinə möcüzələrimizlə göndərdik. Fəqət təkəbbür göstərdilər və günahkar bir topluluq oldular.
Yunus/10:76
Tərəfimizdən onlara gerçək gəlincə, "Bu, açıq-aşkar bir sehrdir," dedilər.
Yunus/10:77
Musa, "Sizə gələn gerçəyi beləmi dəyərləndirirsiniz? Bu bir sehrdirmi? Halbuki sehrbazlar uğur qazana bilməz."
Yunus/10:78
Dedilər: "Sən, yer üzündə böyüklük ikinizə qalsın deyə, atalarımızı üzərində gördüyümüz şeydən bizi çevirmək üçünmü bizə gəldin? Biz sizə əsla iman etməyəcəyik."
Yunus/10:79
Firon, "Bütün mütəxəssis sehrbazları mənim yanıma gətirin!" dedi.
Yunus/10:80
Sehrbazlar gəlincə, Musa onlara, "Nə atacaqsınızsa, atın!" dedi.
Yunus/10:81
Onlar atınca, Musa: "Sizin bu gətirdiyiniz bir sehrdir. Allah əlbəttə onu boşa çıxaracaqdır. Allah fəsad törədənlərin işlərini düzəltməz," dedi.
Yunus/10:82
Allah sözləriylə haqqı gerçəkləşdirir. Günahkarlar xoşlanmasa da...
Yunus/10:83
Firon və əyanlarının işgəncə və təzyiqindən qorxduqları üçün Musaya, xalqından ancaq bir neçə nəfər iman etdi. Firon, yer üzündə həddi çox aşan bir tiran idi.
Ta ha/20:56
Ona bütün işarət və dəlillərimizi göstərməmizə rəğmən yalanlayıb rədd etdi.
Ta ha/20:57
(Firon) dedi ki, "Musa, sən bizi sehrinlə yurdumuzdan çıxarmaq üçünmü gəldin?"
Ta ha/20:58
"Biz də sənə (buna) bənzər bir sehr göstərəcəyik. Hər iki tərəf üçün də uyğun olan yerdə nə sənin, nə də bizim xilaf çıxa bilməyəcəyimiz bir görüş zamanı müəyyənləşdir."
Ta ha/20:59
(Musa) dedi ki, "Görüş zamanınız bayram günüdür. Günortadan öncə camaat orada toplansın."
Ta ha/20:60
Firon getdi, planını hazırlayıb geri döndü.
Ta ha/20:61
Musa onlara dedi ki: "Sizə təəssüflər olsun! Allaha qarşı yalan uydurmayın, sonra sizi bir əzab ilə pərişan edər. İftira edənlər şübhəsiz ziyana uğrayacaqdır."
Ta ha/20:62
(Öz) aralarında işlərini müzakirə etdilər və danışıqlarını gizli tutdular.
Ta ha/20:63
Dedilər ki, "Bu iki sehrbazın tək məqsədi, sehrləri ilə sizi yurdunuzdan çıxartmaq və sizin ideal həyat tərzinizi yıxmaqdır."
Ta ha/20:64
"Buyurun, planlarınızı birləşdirib vahid bir cəbhə yaradın. Bu gün üstün gələn qalib olmuşdur."
Ta ha/20:65
(Sehrbazlar) dedilər: "Musa, sən atırsan, yoxsa ilk öncə atan biz olaq?"
Ta ha/20:66
(Musa:) "Xeyr, siz atın!" dedi. Bundan sonra, (sehrbazların) sehrlərinə (hipnoz təlqinlərinə və illuziyalarına) görə, qalın ipləri və dəyənəkləri ona (Musaya) sanki hərəkət edirlərmiş kimi göründü.
Ta ha/20:67
Musa içində bir qorxu hiss etdi.
Ta ha/20:68
(Biz:) "Qorxma, sən üstün gələcəksən!" dedik.
Ta ha/20:69
"Sağ əlindəkini at, onların uydurduqları şeyləri udacaqdır. Onların etdiyi bir sehrbaz planından ibarətdir. Sehrbazın ortaya qoyduğu şeylər uğur qazana bilməz."
Ta ha/20:70
Sehrbazlar, "Harunun və Musanın Rəbbinə iman etdik!" deyərək səcdəyə qapandılar.
Ta ha/20:71
(Firon:) "Sizə izin vermədən öncəmi ona iman etdiniz? O, sizə sehr öyrədən ustanız olmalıdır. Əllərinizi və ayaqlarınızı çarpaz kəsib sizi xurma ağaclarına asacağam. Hansımızın cəzası daha çətin və sürəkli imiş öyrənəcəksiniz," dedi.
Ta ha/20:72
Dedilər ki: "Bizə gələn açıq-aşkar dlilləri və bizi Yaradanı buraxıb səni seçmərik. Necə hökm verəcəksənsə, ver. Hökmün bu dünya həyatı ilə məhdudlaşır!"
Ta ha/20:73
"Biz Rəbbimizə iman etdik ki, xətalarımızı və bizə zorla etdirdiyin sehrbazlığımızı bağışlasın. Allah daha yaxşıdır və daha Sürəklidir."
Ta ha/20:74
Kim Rəbbinin hüzuruna suçlu olaraq gələrsə, cəhənnəmə layiq olar; orada nə ölər, nə də yaşayar.
Şuəra/26:29
Dedi ki, "Məndən başqa bir tanrı (Hökmdar) qəbul edərsən, sənə həbs cəzası qoyacağam."
Şuəra/26:30
Dedi ki, "Sizə açıq-aşkar bir şey gətirmiş olsam da, eləmi?"
Şuəra/26:31
Dedi ki, "Doğru sözlüsənsə, gətir görək onu!"
Şuəra/26:32
Dəyənəyini atınca, açıq-aşkar bir ilan oldu.
Şuəra/26:33
Əlini çıxardan kimi, baxanlara ağappaq göründü.
Şuəra/26:34
Ətrafındakı zadəganlara dedi ki, "Bu, gerçəkdən çox usta bir sehrbaz imiş!"
Şuəra/26:35
"Sehri ilə sizi torpağınızdan çıxartmaq istəyir. Nə təklif edirsiniz?"
Şuəra/26:36
Dedilər ki, "Onu və qardaşını bir yerdə saxla və şəhərlərə yığıcılar göndər ki,"
Şuəra/26:37
"Sənə bütün usta sehrbazları gətirsinlər."
Şuəra/26:38
Müəyyən edilmiş günün randevusu üçün sehrbazlar, bir araya gətirildilər.
Şuəra/26:39
Xalqa da, "Siz də toplana bilərsinizmi?" deyildi.
Şuəra/26:40
"Sehrbazlar üstün gələrsə, onlara tabe ola bilərik."
Şuəra/26:41
Sehrbazlar gəldiklərində Firona, "Əgər biz üstün gələrsək, bizə bir ücrət ödənəcəkmi?" dedilər.
Şuəra/26:42
Dedi, "Bəli! Hətta siz mənim toplantı (şura) məclisimə daxil ediləcəksiniz."
Şuəra/26:43
Musa onlara, "Atacağınızı, atın!" dedi.
Şuəra/26:44
İplərini və dəyənəklərini atdılar, "Fironun şərəfi üçün biz üstün gələcəyik," dedilər.
Şuəra/26:45
Sonra Musa dəyənəyini atdı; dərhal onların uydurduqlarını udmağa başladı.
Şuəra/26:46
Sehrbazlar səcdəyə qapandılar.
Şuəra/26:47
Dedilər, "Aləmlərin Rəbbinə iman etdik,"
Şuəra/26:48
"Musanın və Harunun Rəbbinə..."
Şuəra/26:49
(Firon) dedi ki: "Mən sizə izin vermədənmi ona iman etdiniz? O, sizə sehrbazlığı öyrədən ustanız olmalıdır. İndi görəcəksiniz: Əllərinizi, ayaqlarınızı çarpaz kəsəcəyəm və hamınızı asacağam."
Şuəra/26:50
Dedilər, "Vecimizə deyil, biz onsuz da Rəbbimizə dönəcəyik."