Bəqərə - 2:17 Düşdükləri vəziyyət, atəş yandıran kimsələrin bu vəziyyətinə bənzəyər: Atəş ətraflarını aydınlatmağa başlayınca, Allah onların işığını aradan qaldırar və onları qaranlıqlar içində görməz bir halda buraxar.
Allahın mesajına əhəmiyyət verməyənlərə şeytanlar müsəllət edilər və etdikləri pisliklər onlara gözəl göstərilərək azğınlıqları içində çarəsiz halda buraxılar, əsla doğrunu tapa bilməzlər:
Ali İmran/3:86 İman etdikdən, elçinin doğru olduğuna şahid olduqdan və özlərinə açıq-aydın dəlillər gəldikdən sonra inkar edən bir camaatı, Allah necə doğruya yönəldər? Allah zalım camaatı hidayətə yetişdirməz.

Nisa/4:88 Sizə nə olur ki, ikiüzlülər haqqında iki qrupa ayrılırsınız? Etdikləri əməllərə görə Allah onları baş aşağı çevirdi. Allahın azdırdığını sizmi doğru yola yetişdirmək istəyirsiniz? Allahın azdırdığı kimsəyə sən heç bir yol tapa bilməzsən.
Nisa/4:115 Doğru yol özünə bəlli olduqdan sonra kim elçiyə qarşı gələr və iman edənlərin yolundan fərqli bir yol seçərsə, onu seçdiyi yönə yönəldər və onu Cəhənnəmə atarıq. Ora necə də pis bir dönüş nöqtəsidir.
Nisa/4:137 İman edib sonra inkar edən, təkrar iman edib təkrar inkar edən və daha sonra inkar etmələrində irəli gedən kimsələri Allah əfv etməyəcək və onlara yol göstərməyəcək.
Nisa/4:142 İkiüzlülər (münafiqlər), Allahı aldatdıqlarını zənn edər. Halbuki O (Allah), onları (beləcə) aldanmış buraxır. Onlar namaza qalxdıqlarında könülsüz qalxar. Çünki özlərini insanlara göstərərlər və Allahı çox az xatırlayarlar.
Nisa/4:143 (Onlar) arada tərəddüd edib qalarlar; nə bunlara, nə də onlara qatılarlar. Allahın çaşdırdığına bir yol tapa bilməzsən.

Maidə/5:49 Aralarında Allahın nazil etdiyi ilə hökm verməlisən. Onların kefinə uyma. Allahın sənə nazil etdiklərinin bir qismindən əsla səni çaşdırmasınlar. Üz çevirərlərsə, demək ki, Allah bəzi günahlarına görə onları cəzalandırmaq istəyir. Gerçəkdən insanların çoxu yoldan çıxmışdır.

Ənam/6:35 Üz çevirmələri sənə ağır gəldisə, biləsən ki, yerin içinə bir dəlik açmağa ya da göyə nərdivan dayamağa gücün yetsə, bir möcüzə ortaya qoysan yenə də təsir etməz... Allah istəsəydi onları doğru yola toplayardı. Elə isə cahillərdən olma!
Ənam/6:39 Ayələrimizi yalanlayanlar qaranlıqlar içində olan karlar və lallardır. Allah kimi istəyərsə azdırar, kimi də istəyərsə doğru yola qoyar/yönəldər.

Əraf/7:30 Bir qrupu doğru yola yönəltdi, bir qrup da azğınlığa layiq görüldü. Onlar şeytanları Allahdan başqa dostlar qəbul etdilər. Amma özlərini doğru yolda sanırlar.
Əraf/7:146 Yer üzündə haqsız yerə təkəbbür göstərənləri möcüzələrimdən çevirəcəyəm. Hər cürə möcüzəni görsələr də iman etməzlər. Doğru yolu görsələr onu yol seçməzlər. Amma azğınlıq yolunu görsələr onu yol seçərlər. Çünki onlar ayələrimizi yalanladılar və əhəmiyyət vermədilər.

İsra/17:47 Səni dinlədikləri zaman necə eşitdiklərini və öz aralarında danışdıqları vaxt zalımların, "Siz sadəcə sehrlənmiş bir adamı izləyirsiniz," dediklərini yaxşı bilirik.
İsra/17:48 Diqqət et, səni necə də tərif edərək (tanıdaraq) azırlar və artıq bir daha yol tapa bilməzlər.

Nəhl/16:63 Allaha and olsun ki, səndən öncəki cəmiyyətlərə də elçilər göndərdiyimizdə şeytan işlərini onlara gözəl göstərdi. Necə ki, onların vəlisi (yaxın yoldaşı) bu gün odur. Onlar ağrılı-acılı bir əzaba məhkum olmuşlardır.

Ənkəbut/29:38 Eyni şəkildə, Ad və Səmudu da... Aqibətləri, sakin olduqları yerlərdən sizə bəllidir. Şeytan işlərini onlara süslü göstərərək onları yoldan azdırdı. Halbuki görüb anlayacaq qabiliyyətə sahib idilər.

Ğafir/40:36 Firon dedi ki, "Haman, mənim üçün bir qüllə tik ki, yollara yetişim."
Ğafir/40:37 "Göylərin yollarına... Beləcə Musanın tanrısına bir baxım. Onun bir yalançı olduğuna inanıram." Fironun pis rəftarı özünə belə süslənmişdi və beləcə yoldan çıxarıldı. Fironun planı əlbətdə boşa çıxacaqdı."

Muhəmməd/47:14 Rəbbindən bir dəlil üzərində olan, işlədiyi pisliklər özünə gözəl görünən kimi ola bilərmi? Onlar arzularına uymaqdadırlar.

Nəml/27:4 Axirətə iman etməyənlərə gəlincə, etdiklərini özlərinə süslü göstərmişik, sərgərdan qalarlar.

Fatir/35:8 Pis işi, özünə süslənib və onu gözəl görən kimsəyə nə deyirsən? Allah istəyəni azdırır və istəyəni yola yönəldir. Elə isə onlar üçün özünü üzmə. Allah onların etdiklərini yaxşı Bilir.

Bəqərə/2:17 Düşdükləri vəziyyət, atəş yandıran kimsələrin bu vəziyyətinə bənzəyər: Atəş ətraflarını aydınlatmağa başlayınca, Allah onların işığını aradan qaldırar və onları qaranlıqlar içində görməz bir halda buraxar.
Bəqərə/2:18 Kar, lal və kordurlar; yönlərini dəyişdirə bilməzlər.
Bəqərə/2:19 Ya da, qaranlıq, göy gurultusu və şimşəklər arasında göydən boşalan bir yağmur altında ildırımlardan ölmək qorxusuyla barmaqlarını qulaqlarına tıxayan kimsəyə bənzəyərlər. Allah inkarçıları bu cür əhatə edər.

Ənam/6:122 Ölü ikən diriltdiyimiz və insanlar arasında yeriyə biləcəyi bir işıq verdiyimiz kimsə, qaranlıqlar içində olub və ondan çıxa bilməyən kimsə kimi ola bilərmi? İnkar edənlərin etdikləri işlər bu cür süslü göstərilmişdir.

Nur/24:40 Yaxud, yoğun bir sislə (dumanla) birlikdə dalğa üstünə dalğanın örtdüyü əngin bir dənizin ortasındakı qaranlıqlara bənzəyir. Üst-üstə yığılmış qaranlıqlar... İnsan əlini uzatdığı zaman az qala onu belə görə bilməz. Allahın nurdan məhrum etdiyi kimsənin heç bir nuru ola bilməz.

Zuxruf/43:36 Kim Rəhmanın mesajına əhəmiyyət verməzsə, ona bir şeytanı istiqamətləndirərik, sonra da onun yoldaşı olar.
Zuxruf/43:37 Həqiqətən, onları yoldan çıxararlar. Buna rəğmən onlar doğru yolda olduqlarını sanarlar.
Zuxruf/43:38 Nəhayət, Bizə gəldiyində, "Kaş ki, mənimlə sənin aranda iki şərq arası qədər uzaqlıq olsaydı; sən necə də pis bir yoldaşsanmış!" deyər.
Zuxruf/43:39 Zalimlik etdiyiniz üçün, o gün (peşmançılığınız) sizə bir fayda verməz; siz cəzanı bölüşəcəksiniz.

Rad/13:33 Hər kəsin etdiyini kontrol edən O deyilmi? Buna rəğmən Allaha ortaq qoşdular. De ki: "Onları (istədiyiniz) isimlərlə təqdim edin! Siz Onun yer üzündə bilmədiyi bir şeyimi Ona xəbər verirsiniz, yoxsa boş sözlərmi uydurursunuz?" Əslində, inkar edənlərin hiylələri özlərinə süslü göstərilir və beləcə yoldan azarlar. Allah kimi azdırarsa, ona doğrunu göstərəcək (olan) yoxdur.

Tovbə/9:37 Müqəddəs ayların yerini dəyişdirmək inkar etməyin irəli nöqtəsidir. İnkar edənlər onunla azdırılırlar. Allahın müqəddəs saydığı ayların sayına uyğun gətirmək məqsədiylə onu bir il halal, bir il də müqəddəs sayarlar. Beləcə, Allahın müqəddəs etdiyi ayların müqəddəsliyini pozarlar. Etdikləri pisliklər, gözlərində gözəl görünür. Allah inkar edən topluluğu doğruya yönəltməz.

Ənam/6:42 Səndən öncəki cəmiyyətlərə də elçilər göndərdik. Yalvarsınlar deyə onları darlıq və sıxıntılarla sınadıq.
Ənam/6:43 Heç olmazsa başlarına müsibətimiz gəldiyində yalvarsaydılar! Fəqət qəlbləri qatılaşdı və şeytan işlərini özlərinə süslü göstərdi.
Ənam/6:108 Allahdan başqa yalvardıqlarına söyməyin ki, onlar da həddi aşıb cəhalət üzündən Allahı söyməsinlər. Biz hər topluluğa etdikləri işi bu cür süslü göstərdik. Axırda dönüşləri Rəblərinədir və onlara etdiklərini xəbər verər.

Əraf/7:27 Adəm oğulları, şeytan, ana-atanızın vücudlarını özlərinə göstərmək üçün libaslarını soyunduraraq cənnətdən çıxartdığı kimi sizi də çaşdırmasın. O və qəbiləsi sizin onları görmədiyiniz yerdən sizi görürlər. Biz, şeytanları, iman etməyənlərin dostları etdik.

Yunus/10:12 İnsana bir zərər toxunarsa, yanı üzərinə yatarkən, ayaq üstəykən və ya oturmuşkən Bizi çağırır. Ona zərər verən şeyi ondan uzaqlaşdırdıqmı, sanki ona toxunan o zərərə görə Bizi heç çağırmamış kimi davranır. Həddi aşanlara, etdikləri işlər bax belə süslü göstərilir.

Nəml/27:23 "Onları idarə edən bir qadın gördüm. Ona hər şeydən verilmiş və böyük bir sarayı var."
Nəml/27:24 "Onu və xalqını Allahdan başqa günəşə səcdə edərkən gördüm. Şeytan onların işlərini özlərinə süsləmiş və onları yoldan çıxarmış və buna görə doğrunu görə bilmirlər."